Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:02 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Quterriş Kamerunda oğurlanmış uşaqların azad olunmasını tələb edir
Quterriş Kamerunda oğurlanmış uşaqların azad olunmasını tələb edir
ANA SƏHİFƏ / DÜNYA
17:24 07.11.2018


Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterriş noyabrın 5-də Kamerunun şimal-qərbində yerləşən Bamenda şəhərindəki orta məktəbin oğurlanmış şagirdlərini və əməkdaşlarını dərhal azad etməyə çağırmışdır. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin təşkilatın saytında yerləşdirilmiş bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, mülki şəxslərə, xüsusilə həddi-büluğa çatmamış insanlara qarşı yönəlmiş cinayətlərə heç bir bəraət vermək olmaz. Quterriş həmçinin ölkənin cənub-qərb və şimal-qərb regionlarında inklüziv dialoq vasitəsilə dinc tənzimlənmənin zəruriliyini qeyd etmişdir.

Məlum olduğu kimi, noyabrın 5-də Bamenda şəhərində oğurlanmış 80 nəfərin əksəriyyəti şagirddir. Cinayətin kimlər tərəfindən törədildiyi hələ ki bilinmir.

Kamerun Afrikanın ən sabit dövlətlərindən hesab olunur. Lakin son bir ildə orada vəziyyət gərginləşmişdir. Belə ki, ötən ilin oktyabr ayından bəri ölkənin ingilisdilli qərb hissəsinin müstəqilliyi uğrunda çıxış edən separatçılar vaxtaşırı hökumət ordusu ilə silahlı toqquşmalara girirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM