Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Konqresinə seçkilərin nəticələri açıqlandı
ABŞ Konqresinə seçkilərin nəticələri açıqlandı
ANA SƏHİFƏ / DÜNYA
17:23 07.11.2018


ABŞ Konqresinə aralıq seçkilərinin nəticələrinə görə, demokratlar Nümayəndələr Palatasında çoxluq qazanmışlar. Bu barədə yerli KİV xəbər verir.

Məlumata görə, seçkilərdə demokratlar Nümayəndələr Palatasında yeri özlərinə qaytara bilmiş, respublikaçılar isə Senatda çoxluğu qoruyub saxlamışlar. ABŞ Prezidenti Donald Tramp Demokratlar partiyasının Nümayəndələr Palatasındakı lideri Nensi Pelozini seçkilərdə uğurla bağlı təbrik etmişdir.

Seçkilər Nümayəndələr Palatasında bütün 435 yeri və Senatda 35 yeri əhatə etmişdir. Demokratlar ABŞ Konqresinin aşağı palatasında 201 yer qazanmış, respublikaçılar isə 186 mandat əldə etmişlər. Respublikaçıların nümayəndələri ancaq yuxarı palataya nəzarəti qorumuşlar. Onlar Senatda 51 yer, demokratlar isə 41 mandat qazanmışlar. Yuxarı palatada həm də bir müstəqil namizəd mandat əldə etmişdir.

Qeyd edək ki, Nümayəndələr Palatasına nəzarət etmək üçün partiyalardan birinin 435 yerdən azı 218-nə yiyələnməsi lazımdır.

Nümayəndələr Palatasında məğlubiyyətinə baxmayaraq, Tramp Konqresə aralıq seçkilərinin nəticələrini böyük uğur kimi qiymətləndirmişdir. Prezident həmçinin seçicilərə səsvermədə iştirak etdiklərinə görə minnətdarlıq etmişdir.

ABŞ Konqresinin Nümayəndələr Palatasına ilk dəfə olaraq iki müsəlman qadın seçilmişdir. Onlardan biri Miçiqan ştatından olan Demokratlar Partiyasının nümayəndəsi, fələstinli Rəşidə Təlib, digəri Minnesota ştatının nümayəndəsi, demokrat, somalili İlhan Omandır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM