Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:03 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında niyyət sazişi imzalanıb
Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında niyyət sazişi imzalanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:19 07.11.2018

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti (DSX) qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiyyət verilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə Xidmət tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı ilə qarşılıqlı faydalı münasibətlər qurulub, dövlət sərhədinin mühafizəsi üzrə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması və sərhəd mühafizə orqanlarının xidməti fəaliyyətində tətbiqi üzrə əməkdaşlığın inkişafı təmin edilib.

Noyabrın 7-də DSX-nin aparatında Dövlət Sərhəd Xidməti ilə AMEA arasında niyyət sazişinin imzalanması mərasimi keçirilib. Sazişdə AMEA-nın Yüksək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev imzalayıblar.

A.Əlizadə və E.Quliyev tədbirdə çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyətini vurğulayaraq birgə fəaliyyətin uğurla davam etdirilməsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliklərini bildiriblər.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM