07 Noyabr 2018 17:12
282
SİYASƏT
A- A+

Latviya Seyminin yeni spikeri Azərbaycan ilə dostluq münasibətlərini dəstəkləyən İnara Murnietsedir


Latviyanın 13-cü Seyminin deputatları açıq səsvermə ilə parlamentin spikerini seçiblər.
AZƏRTAC xəbər verir ki, "Hər şey Latviya üçün” – "Vətən və azadlıq naminə/LNNK” Milli Alyansının təmsilçisi xanım İnara Murnietse yenidən parlamentin spikeri olub. Xanım Murnietsenin namizədliyini səsvermədə iştirak edən 77 deputatdan 44-ü dəstəkləyib.

İxtisasca jurnalist olan və uzun illər bu istiqamətdə fəaliyyət göstərən İnara Murnietse 48 yaşındadır. Karyerasına "Lauku avize” qəzetində başlayan spiker təmsil etdiyi Alyansın fəallarındandır.

Azərbaycanla yaxın dost münasibətdə olan xanım İnara Murnietse öz rəsmi çıxışlarında hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ölkəsinin dəstəyini ifadə edib. 2015-ci ildə onun sədrliyi dövründə Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qrupu tərəfindən Xocalı faciəsinin insanlıq əleyhinə cinayət olduğunu bildirən bəyanat qəbul edilib. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun təşəbbüsü ilə 53 deputatın imzası ilə qəbul edilmiş bəyanatda bu faciə insanlıq əleyhinə cinayət olaraq tanınıb. Bu hadisə ilə əlaqədar xanım İ.Murnietse Azərbaycan dövləti və xalqına dərin hüznlə başsağlığı verib.

2016-cı ilin oktyabrında Azərbaycanda səfərdə olan Seymin spikeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüb.

12-ci Seymdə təmsil olunan və 13-cü Seymə təkrar seçilən Latviya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü və Latviya Seyminin iqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin keçmiş sədri, Azərbaycan əsilli deputat Roman Naudinş də xanım İ.Murnietse ilə eyni - "Hər şey Latviya üçün” – "Vətən və azadlıq naminə/LNNK” Milli Alyans” partiyasını təmsil edir. "Milli Alyans” (sağ populist və milli mühafizəkar partiyadır) Avropa Parlamentində "Avropa Mühafizəkarları və İslahatçıları” ("ECR”) siyasi qrupunda təmsil olunur.

Latviya Seymi birpalatalı parlamentdir və 100 deputatdan ibarətdir. Onlar ölkənin 5 regionu üzrə vətəndaşların səsverməsi yolu ilə seçilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video