Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:18 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində bir sıra görüşlər keçirib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:14 07.11.2018

Çində səfərdə olan İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti görüşlərini davam etdirir.

AZƏTRAC xəbər verir ki, Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyəti qeyd olunub, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti vurğulanıb, beynəlxalq nəqliyyat dəhlizlərindən, o cümlədən "Şimal-Cənub” dəhlizindən istifadə imkanları, tranzit yükdaşımalarının artırılması məsələləri müzakirə edilib.

Nazir Şahin Mustafayev Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin inkişaf etdiyini, bunun üçün müvafiq müqavilə-hüquqi baza yaradıldığını, ticarət dövriyyəsinin genişlənməsi üçün böyük potensialın olduğunu, Ukraynada Azərbaycan Ticarət Evinin yaradıldığını, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, energetika, əczaçılıq, vaqon istehsalı, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Görüşdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.

Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Birinci Çin Beynəlxalq İdxal Sərgisinin və sərgidə Azərbaycan şirkətlərinin iştirakının əməkdaşlığın inkişafında önəmini vurğulayıb. Görüşdə qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20 faiz artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46 faizi Azərbaycanın payına düşür. Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə Azərbaycan Şərab və Lucouda Azərbaycan Ticarət evləri fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Noyabrın 7-də isə Şanxayda Azərbaycan Şərab Evi açılıb. Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev gömrük sahəsində əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün İşçi Qrupunun yaradılmasını təklif edib.

Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo təklifi razılıqla qarşılayıb, Çinin Azərbaycanla ticarət əlaqələrinin genişləndiriməsində maraqlı olduğunu, bunun üçün gömrük orqanları arasında əməkdaşlığın inkişafının önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqələrin inkişafı da hər iki tərəf üçün faydalı ola bilər. Li Qua qeyd edib ki, Çinin Dövlət Gömrük Administrasiyası Azərbaycanın analoji qurumu ilə təcrübə, qida təhlükəsizliyi və statistika sahələrində məlumat mübadiləsində maraqlıdır.

Gömrük, qida təhlükəsizliyi və statistika sahələrində əməkdaşlığın inkişafına, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çinə ixracına dair müzakirələrin aparıldığı görüşdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM