Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:03 15 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
01:55 15.12.2018 TANAP
01:53 15.12.2018 Bir ildə 6 görüş
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dilçilik İnstitutunun əməkdaşları Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır
Dilçilik İnstitutunun əməkdaşları Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır
ANA SƏHİFƏ / Elm və texnika
15:48 07.11.2018

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir.

Bunu AZƏRTAC-a AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Akademik deyib ki, böyük əhəmiyyət kəsb edən bu dövlət sənədi, eyni zamanda, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında açıq-aşkar özünü göstərən ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi məhz bu funksiyanı yerinə yetirəcək və bu qurum publik hüquqi şəxs kimi bir tərəfdən dilimizin saflığı ilə bağlı mövcud olan boşluq və nöqsanları aradan qaldıracaq, digər tərəfdən isə dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcək.

O, Nəsimi adına Dilçilik İnstitutunda artıq bir neçə ildir ki, həm monitorinq şöbəsinin, həm də "Qaynar xətt”in fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, monitorinq şöbəsinin əməkdaşları vaxtaşırı olaraq ədəbi dilin saflığının qorunması və onun normalarının gözlənilməsi istiqamətində maarifləndirmə işləri aparıb, konfranslar keçirib və bütün bunlar müəyyən qədər öz səmərəsini verib. "Bununla belə, düşünürük ki, sözügedən şöbənin istər səlahiyyətlərinin məhdudluğu, istərsə də əməkdaşlarının sayca azlığı bu dövlət əhəmiyyətli işin yüksək səviyyədə həllində yetərli olmayıb. Bu baxımdan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında yol verilən ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması məsələsinə müsbət təsir göstərəcək və qısa bir zamanda bu sahədə ciddi irəliləyişlər və müsbət nəticələr əldə ediləcək”, - deyə alim bildirib.

M.Nağısoylu vurğulayıb ki, ölkəmizdə dilçilik üzrə fundamental elmi araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları dövlətimizin başçısının bu Fərmanını alqışlayır və ilk növbədə, yeni yaradılacaq Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır. İstər Dilçilik İnstitutunun əməkdaşlarının, istərsə də ölkəmizin digər tanınmış dilçi alimlərinin yeni yaradılacaq qurumla birgə əməkdaşlığına böyük ehtiyac vardır. Bu istiqamətdə mütəxəssislərin səylərinin birləşdirilməsi, birgə fəaliyyəti məqsədəuyğundur və ədəbi dilimizin saflığı ilə bağlı mövcud nöqsanların aradan qaldırılması məsələsində olduqca əhəmiyyətlidir.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM