07 Noyabr 2018 14:54
415
DÜNYA
A- A+

Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk müsəlman qadındır


Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərinin nəticələrinə görə, Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk müsəlman qadın olub. Seçicilər arasında aparılan sorğunun nəticələrinə görə, onun bu qürur hissini digər müsəlman qadın – Minnesota ştatında qələbəyə yaxın olan Somali əsilli amerikalı İlhan Ömərlə bölüşəcəyi ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, Minnesotada səsvermənin yekun nəticələri hələlik məlum deyil. Tlaib isə Miçiqan ştatındakı 13-cü seçki dairəsindən seçilib. Fələstin əsilli bu qadın avqust ayında Demokratlar Partiyasının keçirdiyi praymerizdə birinci yeri tutmuşdu. 42 yaşlı Tlaib Detroytda fələstinli mühacir ailəsində dünyaya gəlib. O, 2008-ci ildə Miçiqan ştatının parlamentinə seçilən ilk müsəlman qadın olub. Tlaibin seçkiqabağı platformasına minimum əməkhaqqının hər saat üçün 15 dollara qaldırılması, "Medicare” və sosial müavinət kimi sosialyönümlü proqramların ixtisar edilməsinin qarşısının alınması, həmçinin iri korporasiyalara vergi güzəştlərinin ləğvi məsələləri daxildir.

İlhan Ömər, öz növbəsində, beşinci seçki dairəsindən namizədliyini irəli sürüb. O, Somalidə vətəndaş müharibəsi nəticəsində 14 yaşında qaçqın kimi ABŞ-a gəlib.

Ömərin Konqresə seçilmiş ilk müsəlman və hazırda Minnesota ştatının baş prokurorluğuna namizəd olan Kit Ellisonu əvəz edəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video