07 Noyabr 2018 14:53
327
SİYASƏT
A- A+

Paraqvayın SNT televiziya kanalı Bakı haqqında: Bu əfsanəvi şəhəri tanımağa dəyər


Paraqvayın geniş tamaşaçı auditoriyasına malik SNT televiziya kanalı Azərbaycanla bağlı növbəti reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, budəfəki reportaj Bakı şəhərinə həsr olunub.
Reportajın müəllifi Karlos Troçe əvvəlcə Bakı haqqında məlumat verir. Bildirir ki, Bakı Xəzər dənizi sahilində yerləşən tarixi bir şəhərdir. "Küləklər şəhəri” adlandırılan Bakı, Azərbaycanın siyasi, iqtisadi, mədəni mərkəzidir, həm Avropanın, həm də Asiyanın xüsusiyyətlərini özündə əks etdirir.
Karlos Troçe qeyd edir ki, Bakının küçələri ilə gəzərkən sanki onun tarixinə səyahət etmiş olursan. Buradakı bəzi tarixi abidələr UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Müəllif şəhərin tarixi haqqında da tamaşaçılara məlumat verir. Qeyd edir ki, Bakı zaman-zaman istilalara məruz qalıb, bunun izlərini hələ də görmək mümkündür. Buradakı qədim divarlar, küçələr xüsusilə maraq doğurur. Müasir Bakının günümüzə qədər qorunub saxlanılan qədim divarlarının arxasında isə tarixi Bakı ilə üzləşirsən.
Reportajda qeyd edilir ki, Bakı öz gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Şəhərin ecazkar binalarından biri də "Alov qüllələri” kompleksidir. Bu, şəhərdə ən hündür bina hesab olunur. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri "Alov qüllələri”dir. Paytaxtın hər bir nöqtəsindən "Alov qüllələri”ni görmək mümkündür. Bakının sevilən məkanlarından biri də Dənizkənarı Bulvardır. Xəzərin sahilində yerləşən bulvar Bakı gecələrinə xüsusi gözəllik verir.

Karlos Troçe vurğulayır ki, Bakıya səyahət etməyə dəyər, çünki burada qiymətlər ucuzdur. Xüsusilə də nəqliyyat vasitələrindən istifadə çox münasib qiymətədir. Yeməklərin, içkilərin qiymətləri də çox sərfəlidir. Şəhərdə ayrı-ayrı ölkələrin mətbəxlərinin nümunələri olan müasir restoranlar fəaliyyət göstərir. Azərbaycanın milli mətbəxi də çox zəngindir.
Reportajda Heydər Əliyev Mərkəzinin binası haqqında da tamaşaçılara məlumat verilir.

Müəllif vurğulayır ki, Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərbin xüsusiyyətlərini əks etdirməsi və digər amillər onu Cənubi Qafqazın ən cəlbedici ölkəsi edib. Sonda Bakı ilə bağlı təəssüratlarını ümumiləşdirən müəllif deyir: "Bu əfsanəvi şəhəri tanımağa dəyər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video