07 Noyabr 2018 14:50
293
İQTİSADİYYAT
A- A+

2019-cu il dövlət büdcəsində beynəlxalq fəaliyyət üçün 207 milyon manatın ayrılması nəzərdə tutulur


Dövlət büdcəsi layihəsində ölkəmizin beynəlxalq fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsil olunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 207 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsində deyib.

Nazir bildirib ki, həmin vəsaitin 115 milyon manatı Azərbaycan Respublikasının xaricdə diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlıdır. Təxminən 4 milyon manat ölkəmizin xaricdəki ticarət nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi xərcləridir. 4,2 milyon manat ölkəmizin xarici dövlətlərdəki mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmini ilə bağlıdır.

"Digər tərəfdən isə üzvlük haqları ilə əlaqədar vəsaitlər nəzərdə tutulur. 23 milyon manat beynəlxalq maliyyə kreditinin, 24 milyon manat ictimai-siyasi təşkilatlara üzvlük haqqı xərclərinin maliyyə təminatına ayrılıb. Xarici dövlətlərdə ölkəmizin diaspora təşkilatlarının formalaşdırlması və möhkəmləndirilməsi məqsədlərinə də vəsait ayrılır. Ümumiyyətlə, ölkəmiz tərəfindən çox aktiv beynəlxalq fəaliyyət həyata keçirilməkdədir. Bu fəaliyyətin təmin edilməsi üçün dövlət büdcəsindən müxtəlif istiqamətlər üzrə vəsaitin ayrılması təmin olunub”,- deyə S.Şərifov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video