07 Noyabr 2018 13:58
1071
PARLAMENT
A- A+

Milli Məclisin komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi davam edir


Noyabrın 7-də Milli Məclisin insan hüquqları, regional məsələlər, hüquq siyasəti və dövlət quruculuğu, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova iclasda büdcənin bütün parametrləri üzrə fikir mübadiləsinin aparılacağını deyib. O bildirib ki, büdcənin müzakirə edildiyi ötən iki iclasda hökumət nümayəndələri həm büdcənin bütün parametrlərini, həm ölkədəki real vəziyyəti, həm də gələcək inkişaf illəri üçün proqnoz göstəriciləri ətrafında bugünə kimi işləyib hazırladıqları büdcə sənədini təqdim ediblər.

Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri də 2019-cu il dövlət büdcəsi ətrafında fikir və təkliflərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video