Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:01 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “DOST” mərkəzləri üzrə vəzifə təlimatları hazırlanıb
“DOST” mərkəzləri üzrə vəzifə təlimatları hazırlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:17 07.11.2018

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) və "DOST” mərkəzlərinin yaradılması istiqamətində yol xəritəsi əsasında işlər davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən işlər çərçivəsində "DOST” mərkəzlərində çalışacaq əməkdaşların fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və s. əhatə edən 25 vəzifə təlimatı hazırlanıb. Bakıda yaradılacaq və ilkin mərhələdə Yasamal və Səbail rayonlarının əhalisinə xidmət göstərəcək ilk "DOST” mərkəzi üçün işçi heyətinin seçimi prosesi də aparılıb.

"DOST” mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) "bir pəncərə”dən operativ, şəffaf və sadələşdirilmiş prosedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim edilməsi təmin olunacaq.

Eyni zamanda, mərkəzlərdə çalışacaq əməkdaşların fəaliyyətində əsas prinsip müraciət edən vətəndaşlarla mədəni, səmimi, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olmaqdır. Vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində müvafiq bilik və bacarıqlarla yanaşı, bu cəhətlərə də xüsusi diqqət yetirilir.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM