07 Noyabr 2018 13:13
273
CƏMİYYƏT
A- A+

Madriddə keçirilən beynəlxalq konfransın iştirakçıları Fransisko de Vitoriya Universitetində olublar


İspaniyanın Madrid şəhərində "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Fransisko de Vitoriya Universitetində olublar.

AZƏRTAC xəbər verir ki, universitetin müəllim-tələbə heyəti qarşısında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Madriddə "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə İspaniya hökumətinə minnətdarlığını ifadə edib.

Ölkəmizdəki tolerant və multikultural mühit barədə məlumat verən A.Paşazadə qeyd edib ki, Azərbaycan dindarları dünyanın heç bir yerində baş verən faciələrə, soyqırımlarına biganə qalmır, öz etirazlarını bildirirlər.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bu beynəlxalq konfransın əsas məqsədi dünyadakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli mənəvi dəyərlərin qorunub saxlanması və təşviqinə nail olmaqdan ibarətdir. Vurğulayıb ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub.
Tədbir digər çıxışlarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video