Alternative content

05:56 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqası: Lorenso İnsinya son dəqiqələrdə "Napoli"ni məğlubiyyətdən xilas edib
UEFA Çempionlar Liqası: Lorenso İnsinya son dəqiqələrdə "Napoli"ni məğlubiyyətdən xilas edib
ANA SƏHİFƏ / İDMAN
10:02 07.11.2018

Noyabrın 6-da UEFA Çempionlar Liqasının 4-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması İtaliyada oynanılıb. "Napoli” doğma meydanda PSG klubunu qəbul edib. Fransızlar birinci hissəsinin sonuncu dəqiqəsində Juan Bernatin sayəsində hesabda önə keçsə də, qarşılaşmanın 63-cü dəqiqəsində qapılarında qol görüblər. Lorenso İnsinya fərqlənib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
C qrupunun digər oyununda sensasiya qeydə alınıb. Turnirin son finalçısı "Liverpul” səfərdə "Crevena Zvezda”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər maraq doğuran oyunu "İnter" və "Barselona" klubları arasında baş tutub. Bu oyunda hesab 83-cü dəqiqədə açılıb. Meydançaya yenicə daxil olmuş Malkom fərdi ustalığı sayəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri matçın 88-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Mauro İkardi adını tabloya yazdırıb.
A, B, C, D qruplarında aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

"Atletiko Madrid" (İspaniya) -"Borussiya Dortmund" (Almaniya) -2:0
"Monako"-"Brügge" - 0:4

B qrupu

"Tottenhem" (İngiltərə) - PSV (Nideland) - 2:1
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1

C qrupu

"Crevena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə) - 2:0
"Napoli" (İtaliya) - PSG (Fransa) - 1:1

D qrupu

"Porto" (Portuqaliya) - "Lokomotiv" (Rusiya) - 4:1
"Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0.

Qeyd edək ki, dördüncü tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM