07 Noyabr 2018 00:44
506
SİYASƏT
A- A+

Azərbaycanın yeni silahı


HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb


Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 7,62x54 mm. çaplı HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb.

Cari ilin sentyabrında Azərbaycanda keçirilmiş "ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmiş, iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmış hücum pulemyotu yerli mütəxəssislər tərəfindən hazırlanmış və sınaqları uğurla başa çatdırılmışdır.

HP-7,62 tipli hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

HP-7,62 tipli hücum pulemyotundan atəş ikiayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilik yayıcı sipər, yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində, eyni zamanda, lülə qutusunun qapağı üzərində yerləşən "Pikatinni” tipli tamasalar (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəfgöstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu patron qutulara yığılır. Pulemyotdan atəş aparmaq üçün 7,62x54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur.

HP-7,62 tipli hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650-750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8,6 kiloqramdır.

Hücum pulemyotu istənilən hava şəraitində ətraf mühitin ±500C temperatur diapazonunda istismar oluna bilər.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video