Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:01 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni mediası: “Ermənistanı İlham Əliyev qarşısında kim məğlub duruma saldı?”
Erməni mediası: “Ermənistanı İlham Əliyev qarşısında kim məğlub duruma saldı?”
ANA SƏHİFƏ / SİYASƏT
00:42 07.11.2018

Azərbaycan Prezidentinin Ağdamdan verdiyi bəyanatı geniş müzakirəyə çıxaran erməni KİV və sosial şəbəkə istifadəçiləri Paşinyanla Sarkisyandan hesab sorurlar
Həyata keçirdiyi işğal siyasəti Ermənistana getdikcə daha baha başa gəlməkdədir. Çünki hər keçən gün Ermənistana siyasi, hərbi, iqtisadi, diplomatik müstəvidə böyük zərbələr dəyir, işğalçı ölkə daha ağır duruma düşür.
O da birmənalı həqiqətdir ki, Ermənistanda Serj Sarkisyan iqtidarının devrilməsində bu amillər, Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti əsas rol oynadı. Aydındır ki, Nikol Paşinyan hökuməti bundan nəticə çıxarmasa, elə onu da eyni aqibət gözləyir.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı bu xüsusda çox maraqlı fikirlər səsləndirib: "Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər”.


İnformasiya savaşında inamlı qələbə


Prezident İlham Əliyevin Ağdamdan Ermənistana verdiyi kifayət qədər açıq mesajların rus dilinə tərcümə olunmuş variantı erməni mediasının, sosial şəbəkə istifadəçilərinin də nəzərindən qaçmadı. Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri, mövqeləri əsasında hazırlanan araşdırmalardan görünür ki, onlar ölkələrinin tam məhvə doğru getdiyi, Qarabağın tədricən itirildiyi və cənab İlham Əliyevin Ermənistan üzərində üstünlüyünün artması barədə ortaq rəydədirlər. Olanların profillərini diqqətlə araşdırdıqda ortaya maraqlı mənzərə çıxır: hər iki siyasi qütb bir-birini xəyanətdə və İlham Əliyevin qələbəsinə şərait yaratmaqda ittiham edir.
Paşinyana qarşı hücuma keçənlərin demək olar, hamısı sabiq prezidentlər Robert Koçaryana və Serj Sarkisyana bağlı insanlardır. Yəni, müxalifətin "trollarıdır”. Onlar Serj Sarkisyan və Robert Koçaryanı müdafiə edən şərhlər də paylaşırlar. Necə ki, Koçaryan-Sarkisyan cütlüyünü Ermənistanı iflasa sürükləməkdə ittiham edənlərin profil şəkilləri də Paşinyanın fotosu ilə "bəzənir”.
Amma sosial şəbəkələrdəki bu siyasi qovğaların fonunda, tərəfsiz və sadə ermənilərin rəyləri daha üstünlük təşkil edir. Onlar hər iki hakimiyyəti Ermənistanın bütün sahələr üzrə tənəzzülə uğramasında günahlandırırlar. Məhz bu xüsusda Ermənistanda sosial şəbəkələrdə baş verənlərin təhlili həqiqətən də burada böyük bir qütbləşmənin yarandığını üzə çıxarır. Belə vəziyyət Azərbaycanın, onun lideri İlham Əliyevin həm də informasiya müharibəsində düşmən üzərində inamlı qələbəsinin növbəti təsdiqidir.
Azərbaycan Prezidentinin Ağdama səfərindən sonra sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən yer alan maraqlı status və şərhləri diqqətinizə çatdırırıq.


"Paşinyan İlham Əliyevə uduzur”


"Facebook” sosial şəbəkə istifadəçisi Ruben Soqomonyan yazır ki, xalqın sevimlisi olmaq istəyən Nikol Paşinyan da Serj Sarkisyan kimi Azərbaycan, onun rəhbərliyi qarşısında acizdir: "İlham Əliyev Ağdama son səfərində Ermənistanla kifayət qədər sərt tonda danışır, açıq şəkildə bildirir ki, Ermənistanın sarsıdılması prosesi Qarabağ münaqişəsi həll olunmayana qədər davam etdiriləcək. Amma hakimiyyətə gəldikdən indiyə qədər Paşinyan buna qarşı hansısa tutarlı cavab verə bilməyib. Bu məsələdə o, Serj Sarkisyandan qətiyyən fərqlənmir”.
Anna Zöhrabyan adlı daha bir "Facebook” istifadəçisi İlham Əliyevin Ağdamdakı bəyanatının yer aldığı xəbərə münasibət bildirib. Profilinə baxdıqda iqtisadçı olduğu nəzər çarpan istifadəçi rəyində yazır: "Ötən zaman da göstərir ki, Azərbaycan istədiyinə daha sürətlə yaxınlaşır və bu səbəbdəndir ki, Bakı konkret niyyət və məqsədlər açıqlayır. Amma nəyə görəsə, Paşinyan bu məsələdə hələ də Azərbaycana tutarlı cavab verə bilmir və yəqin ki, verə də bilməyəcək. Paşinyan İlham Əliyevə uduzur”.


"İlham Əliyev Ermənistanı əzir”


Naira Alaverdiyan adlı "Odnoklassniki” istifadəçisi isə səhifəsində maraqlı paylaşım edib. İlham Əliyev və Paşinyanın şəkillərini paylaşaraq yazır ki, Sarkisyandan sonra Paşinyan da
İlham Əliyevə cavab verə bilmir: "Ermənistanı İlham Əliyev qarşısında niyə məğlub duruma salırsınız? Faktiki olaraq o, Ermənistanı əzir. Amma biz buna cavab verə bilmirik. Əliyev bəyan edir ki, Ermənistan Qarabağ məsələsində geri çəkilməsə, daha ağır vəziyyətə düşəcək. Əslində, bu belədir. Paşinyan hökuməti isə bunlara qarşı hansısa əks həmlə edə bilmir”.
Barseq Arçuruyan adlı biri "Facebook”da Paşinyan tərəfdarlarının daha çox rəy bildirdiyi qrupda maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb: "Paşinyan da Sarkisyan yolu ilə gedəcək. Dövləti talamaqla cibini dolduracaq. Seçkilərdən sonra dediklərimi xatırlayın! Gözləri doymaq bilməyəcək. Gündən-günə işsizlikdən ölkəni tərk edənlərin sayı artır. Paşinyan kimi cəsarətsiz rəhbər Ermənistanın üzqarasıdır”.


"Paşinyanın işi "Facebook”da canlı yayıma qoşulub vaxt öldürməkdir”


Şamo Sasunyan adlı istifadəçinin "VKontakte” sosial şəbəkəsində Paşinyanın şəklini paylaşaraq "Ermənistanı parlaq gələcəyə aparan şəxsiyyət” şərhi çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib. Vartan Papinyan adlı istifadəçinin bu fotoya şərhi isə daha çox bəyənmə toplayıb: "Sənin dünyadan xəbərin yoxdur. Sən Ermənistanda yaşamırsan? Mətbuatı izləmirsən? Paşinyan hakimiyyətə gələndən ermənilər üçün nə edib? Yalançı vədlər, uydurma təkliflər. İşi "Facebook”da canlı yayım edib vaxt öldürməkdir. Bizim taleyimiz Tanrının ümidinə qalıb” (Əsəb işarəsi)
Loris Tevosyan adlı birinin "Twitter” sosial şəbəkəsindəki paylaşımı maraqla qarşılanıb: "Acı reallıq olsa da, qəbul edək ki, bizim Sarkisyandan nə bəxtimiz gətirmişdi ki, Paşinyandan da gətirə. Pafoslu çıxışlarına, onun aktyorluğuna yalnız Ermənistanda inanırlar. İlham Əliyev Ağdamda Paşinyana od püskürür, bizimki isə Artsaxa (Qarabağ-red.) oğlu Aşotun necə kef çəkdiyini görmək üçün gedir”.


"İlham Əliyev Ağdamda Yerevanı hədələdi, bizim isə susmaqdan başqa çarəmiz yoxdur”


Arutyun Manukyan adlı müharibə iştirakçısı da "Twitter”də çox maraqlı bir statusu ilə diqqət çəkib: "Diplomatik sferada İlham Əliyevə uduzursan, heç nə demirik. Lakin cəbhədəki döyüşlərdəki məğlubiyyət bir müharibə veteranı olaraq bizləri ciddi narahat edir, Paşinyan. İlham Əliyev Ağdamda Yerevanı hədələdi, bizim isə susmaqdan başqa çarəmiz yoxdu. Fərq göz qabağındadır”.
"İravnuk” qəzeti isə yazır ki, Azərbaycan rəhbəri faktiki mövqeyini ortaya qoymaqla Ermənistana yenidən xəbərdarlıq edir: "Bundan əvvəl də Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın istəkləri təmin edilməsə, həyata keçirilən təcrid siyasəti davam etdiriləcək. Özü də bu məsələdə Azərbaycana dəstək verənlərin sayının artması Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanı İlham Əliyev qarşısında kim məğlub duruma saldı? Çox təəssüf ki, Ermənistan Azərbaycana qarşı savaşda bu məsələ ilə bağlı hansısa ciddi mövqe ortaya qoya bilmir”.
Ermənistanda sosial şəbəkədə belə səpkidə şərhlərin və paylaşımların, həmçinin KİV-dəki məqalələrin sayı kifayət qədərdir. Bütün bunlar növbəti dəfə əsl həqiqətlərin nədən ibarət olduğunun artıq erməni cəmiyyəti tərəfindən də dərk olunduğunu aydın nümayiş etdirir.
Bəli, ermənilər də azərbaycanlıların, o cümlədən dövlət başçımızın illərdir söylədiklərini artıq çəkinmədən dilə gətirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir”.

Elçin CƏFƏROV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM