Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:14 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yığım mütəşəkkil, məhsuldarlıq yüksəkdir
Yığım mütəşəkkil, məhsuldarlıq yüksəkdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 07.11.2018


Bu il Goranboyda bol pambıq yetişdirilib. Sahələr ağ örpəyə bürünüb. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Elçin İsmayılov da bunu təsdiq etdi. Dedi ki, yığım sürətlə gedir, istər kombaynla, istərsə də əllə yığımda mütəşəkkillik var. Əvvəllər də pambıqçılıq rayonu kimi tanınan Goranboyda məlum səbəblərə görə bu gəlirli sahəyə ögey münasibət bəslənmiş və pambıqçılıq, demək olar ki, unudulmuşdu. Dövlət başçısı İlham Əliyevin ölkəmizdə pambıqçılığın yenidən inkişaf etdirilməsi ilə bağlı təşəbbüsünə ilk qoşulanlardan biri də Goranboydur. Təcrübəli pambıqçılar hesabına qısa vaxt ərzində böyük işlər görüldü. İndi rayonda 41 kənddə pambıq əkilir və belə kəndlərin sayı ildən-ilə artır.

Bu il də fermerlər bol məhsul üçün gərgin çalışmışlar. Onların hər biri ilin əvvəlində öhdəlik götürmüş və ona əməl etmək üçün bütün imkanlardan maksimim istifadə etmişdir. Bunun nəticəsidir ki, artıq bir neçə kənddə yığım başa çatmış, götürülmüş öhdəlikdən çox pambıq təhvil verilmişdir. Məsələn, Qırıqlı kəndi 234, Rəhimli kəndi 129, Veyisli kəndi 118, Quşçular kəndi 196, Qızılhacılı qəsəbəsi 759, Goranboy şəhəri 619 ton pambıq tədarük etmişdir. Bunlar da nəzərdə tutulduğundan xeyli çoxdur.

Yığımın gedişi ilə bağlı mövcud vəziyyəti öyrənmək üçün rayonun bir neçə kəndində olduq. İlk tanışlığa Qızılhacılı qəsəbə sakini Ramil Süleymanovun sahəsindən başladıq. Göz işlədikcə uzanan ağappaq pambıq tarlaları gərgin əməkdən xəbər verirdi. Fermerlə söhbətdən öyrəndik ki, pambıq onun üçün əsas gəlir mənbəyidir. Odur ki, hər il əkin sahəsini artırır. Keçən il 6 hektarda pambıq əkən fermer hər hektardan 40 sentner məhsul toplamışdır. Bu il kənd sakinləri ilə bağladığı müqaviləyə əsasən əkin sahələrinin həcmini 8 hektara çatdırıb. Deyir ki, keçən ildən fərqli olaraq, bu il məhsul boldur. Təxmini hesablamaya görə, hər hektardan azı 45 sentner pambıq götürəcək. Yığımı əsasən maşınla aparan fermer bunun iqtisadi cəhətdən daha səmərəli olduğunu söylədi.

Ümumiyyətlə, Qızılhacılı qəsəbəsində pambıqçılığa maraq böyükdür. Bu il kənddə 65 fermer 379 hektarda pambıq əkib. Ən çox pambıq əkən fermerlərdən Əli Pirimovun, Yunis Qəhrəmanovun və İlham Allahverdiyevin tarlalarında da bol məhsul yetişdirilib.

Fermerlər dedilər ki, həmişə olduğu kimi, bu il də suvarma suyunun çatışmazlığı onlara bəzi problemlər yaşatdı. Lakin mövcud artezian quyularından, eləcə də Qarabağ kanalından səmərəli istifadə etməklə bu problem, demək olar ki, aradan qaldırıldı.

Növbəti tanışlığımız rayonun Ballıqaya kəndində Elşən Novruzovun sahəsi ilə oldu. Burada da bol pambıq yetişdirilib. Fermerin sözlərinə görə, keçən il 5 hektarda pambıq əkmişdi. Amma pambığın iqtisadi cəhətdən gəlirli olduğunu görüb, bu il daha 3 hektarda əkin aparıb. Sahələrin 4 hektarı maşınla, 4 hektarı əllə yığılır. Hələlik məhsuldarlıq pis deyil. Hər hektardan 30 sentnerdən çox pambıq götürülür.

Fermer bildirdi ki, bu il pambığın hər kiloqramına görə subsidiyanın 5 qəpik artırılması, dövlət tərəfindən hər hektara görə 50 manat əlavə pul ödənilməsi pambıqçıları daha da ruhlandırıb. Odur ki, o, gələn il pambıq sahələrini bir qədər də artırmağı qarşısına məqsəd qoyub.

Təsərrüfatlarda olarkən öyrəndik ki, əllə pambıq yığanların əməkhaqqı elə həmin gün verilir. Bu, pambıq yığımına çıxan hər kəsi razı salır. Ballıqaya kəndinin sakinləri Şəhla Hüeynova, Məlahət Əliyeva, Sima Quliyeva və başqaları dedilər ki, əməkhaqlarının ödənilməsində heç bir problem yoxdur. Fermer Elşən Novruzov isə mövsüm ərzində yığdıqları pambığa görə 800-1000 manat əməkhaqqı alanların olduğunu bildirdi.

Hazırda Goranboyda pambıq yığımı sürətlə davam edir. Fermerlər min bir əziyyətlə yetişdirdikləri məhsulu vaxtında toplamaq üçün əlverişli keçən hava şəraitindən maksimum istifadə etməyə çalışırlar. Onlar əmindirlər ki, 10 min ton pambıq verəcəkləri barədə götürdükləri öhdəliyə əməl edəcəklər.

Sabir ƏLİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM