Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:04 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ağ qızıl”a maraq artır
“Ağ qızıl”a maraq artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 07.11.2018


Ağsu tarixən iqtisadiyyatını aqrar sahənin hesabına quran, inkişaf etdirib gücləndirən bölgələrdəndir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Abdullayev deyir ki, uzun illər pambıqçılıqla məşğul olan və bu sahədə bir sıra uğurlar əldə edən Ağsuda pambıqçılıq yenidən dirçəlir: "Pambıqçılığın kənd təsərrüfatının inkişafında böyük rol oynadığını dönə-dönə bildirmiş ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahəyə böyük önəm vermiş, pambığı neftlə müqayisə edərək "Neft qara qızıldırsa, pambıq ağ qızıldır” demişdir. Həmin dövrlərdə pambıqçılığa Ağsu rayonunda da xüsusi diqqət verilmişdir”.

Müsahibimiz bildirdi ki, 2017-ci ildə Ağsu rayonunda 2500 hektar sahədə pambıq əkilmiş, sahələrdən 2807,2 ton pambıq yığılmışdı. Toplanmış məhsulun 1690,2 tonu Ucar Pambıq Zavoduna, 1117 tonu "Ağsu Kənd Təsərrüfatı MMC” nəzdində fəaliyyət göstərən məntəqəyə təhvil verilmişdi. İstehsal olunan məhsula görə pambıqçılara 280,7 min manat subsidiya ödənilmişdi. Keçən il həmçinin rayonda pambıqçılığın inkişafı hesabına 5 mindən çox adam işlə təmin edilmişdi.

Cari ildə isə rayon üzrə 2600 hektar sahədə pambıq əkilib, 19 inzibati ərazi dairəsində 167 istehsalçı ilə müqavilə bağlanıb. Onu da qeyd edək ki, pambıq əkilən torpaqlar suvarılan ərazilərdir. Sahələrin suvarılması Yuxarı Şirvan kanalı, onun Ağsu Maşın qolu, Ağsu çayı, Girdiman çayı və Cavanşir su anbarı vasitəsilə həyata keçirilib. Məhsuldarlıq üzrə hədəf hər hektardan 20 sentnerdən çox məhsul toplamaqdır.

Artıq rayon üzrə 1700 tondan çox pambıq yığılıb. Məhsulun müəyyən hissəsi maşınlar vasitəsilə toplanıb. Yeri gəlmişkən, bu il rayonda pambıqçılıq hesabına 3500 nəfər işlə təmin edilib.

"P Aqro” MMC Ağsu filialının rəhbəri Cahangir Həsənov bildirdi ki, onlar əsasən yerlərdə pambıqçılığın inkişafına dəstək verirlər - pambıqçılıqla məşğul olan fermerlərlə müqavilə bağlayır, müqavilə öhdəliklərinə uyğun olaraq onları ilkin maliyyə vəsaiti və texniki vasitələrlə təmin edirlər.

C.Həsənov onu da vurğuladı ki, aqrar sektorun dövlət tərəfindən stimullaşdırılmasının əsas istiqamətlərindən biri də bəzi kənd təsərrüfatı avadanlıq, texnika və texnologiyalarına, materiallarına idxal gömrük rüsumlarında güzəştlərin tətbiq olunmasıdır. Bu güzəştlər ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsində və istehsalın səmərəliliyinin yüksəldilməsində mühüm rol oynamaqla yanaşı, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və onları xarici bazarlara çıxarmaq imkanı yaradır.

Əli SƏLİMOV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM