Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:05 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 200 min ton həddi keçildi
200 min ton həddi keçildi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:23 07.11.2018


Əgər dünəndən başlamış yağışları nəzərə almasaq, builki iqlimi əsl pambıq havası adlandırmaq olar. Əgər noyabr ayında temperatur gündüzlər +15 dərəcədən aşağı düşmürsə, taxılçıların səbirsizliklə gözlədikləri yağmurdan günlərlə, bəzənsə həftələrlə "xəbər” olmursa, pambıqçının havalardan umu-küsü etməyə haqqı yoxdur. İnsafən, onlar bunu heç etmir, sadəcə, zəhmətlərinin barını toplayırlar. Nəticələr də pis deyil, bütün gözləntiləri nəinki doğruldur, hətta üstələyir.

Dövlət Statistika Komitəsinin noyabrın 6-na olan məlumatına görə, ölkə üzrə tarlalardan 201,2 min tondan çox pambıq yığılıb ki, bu da ötən ilin eyni dövründəkindən 34,5 min ton və ya 20,7 faiz çoxdur. Tədarük olunmuş bu qədər pambığın 26,6 min tonu Saatlı, 21,5 min tonu Bərdə, 20,9 min tonu Ağcabədi, 18,9 min tonu Biləsuvar, 18,7 min tonu Beyləqan, 15,6 min tonu İmişli, 14,9 min tonu Sabirabad rayonlarının payına düşür. Keçən ilin müvafiq dövründəki göstəriciləri xeyli üstələyən rayonlar sırasında pambıq istehsalına ötən ildən başlayan Samux (26 dəfə), Yevlax (2,1 dəfə), Hacıqabul (2 dəfə), Kürdəmir (1,5 dəfə), Goranboy (41,9 faiz), Salyan (27,6 faiz), Zərdab (19,9 faiz), Neftçala (18,3 faiz), Ağdaş (16 faiz) və digərlərinin adlarını çəkmək olar.

Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş əraziləri ilə həmsərhəd bölgələrində də pambıq istehsalı sahəsində çalışanların sayı ilbəil artır. Həm gəlirli olması, həm də dövlətin maddi dəstəyi daha çox Qarabağ kəndlisini bu sahəyə cəlb edib. Nəticədə noyabrın 6-na olan məlumata görə, Ağdam pambıqçıları 4916,3, tərtərlilər 7092,8, Füzuli fermerləri 1808,4 ton pambıq tədarük etmişlər ki, bu da həmin rayonların 2017-ci ilin mövsümünün eyni dövründəkindən çoxdur.

Yığım isə davam edir. İnanmırıq ki, ara-sıra düşən payız yağışları pambıqçıların əlini işdən soyuda. Çünki tarlalarda hələ məhsul var. O məhsul ki, təkcə elin sərvəti yox, həm də onu əkib-becərmiş kəndlinin halal qazanc mənbəyidir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM