07 Noyabr 2018 00:22
775
İQTİSADİYYAT
A- A+

Pambıqçının zəhməti bəhrə verəndə...


Sabirabad pambıqçıları hazırda qüvvələrini yetişdirdikləri məhsulu tez və itkisiz toplamağa yönəldiblər. İndi rayonun Qaratəpə kəndində də pambıqçılar məhz bu qayğılarla yaşayırlar. Burada fermer Salman Bayramovun 2 hektarlıq pambıq sahəsinin məhsulunun xeyli hissəsi yığılıb.

Salman Bayramovun ailəsinin dörd nəfər üzvü kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Bu il onlar 2 hektar sahədə pambıq məhsulu araya-ərsəyə gətiriblər. Fermerin hər hektardan 40 sentner pambıq götürməyə inamı var. Yığıma bacarıqlı mexanizator Şərəf Məhəmmədov da cəlb olunub.

Salman Bayramov 2 hektar sahədə buğda və daha 2 hektarda arpa əkib-becərir. Fermer dövlətin kənd əməkçilərinə məhsul yetişdirməkdə göstərdiyi qayğı və köməkdən çox razılıq edir. Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi onun da ürəyincədir. Deyir ki, bu, ölkəyə gəlir gətirməklə yanaşı, həm də kənd adamının dolanışığına böyük dəstəkdir.

Foto Ağaəli MƏMMƏDOVUNDUR,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video