Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:14 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bax beləcə...
Bax beləcə...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:22 07.11.2018


Kənd təsərrüfatının ənənəvi sahəsi olan pambıqçılığın inkişafına dövlət səviyyəsində artırılan qayğı İmişli rayonunda da öz bəhrəsini verir. Torpağı münbit, adamları əməksevər olan İmişlidə pambıqçılıq böyük potensiala malikdir. İndiyədək həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi də fərəhlidir. Həm pambıq əkinlərinin sahəsi genişləndirilir, həm də məhsul istehsalı ildən-ilə artır.

Bu il rayonda 13.645 hektar sahədə bol pambıq yetişdirilmişdir. Göz işlədikcə uzanan tarlalar başdan-başa ağ örpəyə bürünmüşdür. Böyük zəhmət, alın təri hesabına yetişdirilmiş qiymətli sərvəti tez və itkisiz yığıb tədarük etmək üçün texnika da, əmək ehtiyatları da səfərbər edilmişdir. Artıq neçə vaxtdır ki, məhsul yığımının qızğın çağıdır. İndiyədək tədarük məntəqələrinə 10 min tondan çox "ağ qızıl” təhvil verilmişdir. Məhsulu yığılan sahələrin orta məhsuldarlığı da qənaətbəxşdir. Birinci yığımda hər hektardan orta hesabla 20 sentnerdən çox "ağ qızıl” götürülüb. Bu da yaxşı göstəricidir.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səlim Məhərrəmov pambıqçılığın inkişafına dövlət dəstəyinin əhəmiyyətindən söz açaraq dedi:

- İmişli kəndlisinin pambıqçılıq sahəsində zəngin təcrübəsi var. Sovet dönəmində İmişli respublikanın qabaqcıl pambıqçılıq mərkəzlərindən biri kimi tanınırdı. Ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr torpağa və zəhmətə bağlı İmişli kəndlisinə yeni həvəs, qol-qanad verib. İnkişaf etdirilən pambıqçılıq kəndlinin həyat şəratini, gün-güzəranını yaxşılaşdırır. Bu ildən etibarən hər kiloqram pambığın qiyməti 75 qəpik olub. Bunun 60 qəpiyini pambığı alan şirkət, 10 qəpiyini isə subsidiya şəklində dövlət ödəyir. Pambıqçılığın inkişafına artan dövlət dəstəyi sayəsində kəndlərimizdə işsiz adamlar da, demək olar ki, yoxdur.

Havaların soyuması payızın erkən gəlişindən soraq verir. Bunu nəzərə alaraq, yetişdirilmiş məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün rayonda texnikaya geniş meydan verilib. Ağ örpəkli tarlalarda 40-a yaxın pambıqyığan maşın işləyir. Beləcə, hər gün orta hesabla 550-600 ton məhsul yığılır. Səxavət İsmayılovun, Elbrus Abbasovun, İmdad Məhərrəmovun və Nadir Vəliyevin rəhbərlik etdikləri fermer təsərrüfatları yığımda daha çox fərqlənir.

Lazım QULİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM