Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:16 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir şəhər var, addımlayır dalğaları yara-yara...
Bir şəhər var, addımlayır dalğaları yara-yara...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:17 07.11.2018

Bu gün dünyanın neft-qaz regionlarında aparılan axtarış-kəşfiyyat işlərinin, habelə karbohidrogenlərin hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür. Demək olar ki, indi artıq bütün okean və dənizlərin şelfində iş aparılır. Dənizin hətta 1000 metrdən aşağıda yerləşən dərinlikləri fəth olunur. 70 il əvvəl isə bütün bunlar təsəvvürəgəlməz işlər idi. Bu barədə deyilənlər, yazılanlar ya əfsanə, ya da əlçatmaz həqiqət təsiri bağışlayırdı. 69 il əvvəl, 1949-cu il noyabrın 7-də bu əfsanə Azərbaycanda gerçəkləşdi - "Neft Daşları”nda ilk quyu fontan vurdu və beləliklə, açıq dənizdə neft çıxarılmağa başlandı.
Xəzərin bu akvatoriyasında neftin varlığı barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. Odur ki, burada XIX yüzillikdə və XX əsrin birinci yarısında da tədqiqatlar aparılmışdı. Lakin bu neft rayonunun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən başlandı. Ekspedisiyaya Azərbaycan geoloqu Ağaqurban Əliyev başçılıq edirdi.
Xəzərin fırtınalı qoynunda aparılan mürəkkəb və gərgin axtarışlar dörd il çəkdi. Nəticədə neft rayonunun geoloji xəritəsi hazırlandı, sənaye üsulu ilə kəşfiyyatı planlaşdırıldı. 1948-ci ilin noyabr ayında qazılacaq ilk quyunun yeri müəyyənləşdirildi. 1949-cu ilin mart ayında inşaatçılar sərt qayaların üstündə ilk taxta evciyin quraşdırılmasını başa çatdırdılar.
Neft dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərində görünən qara daşlar yaxınlığında müşahidə olunduğundan buranı ilk vaxtlar "Qara daşlar” adlandırıblar. Böyük təşkilatçı Sabit Orucovun, təcrübəli qazma mühəndisi Yusif Səfərovun və kəşfiyyatçı-geoloq Ağaqurban Əliyevin təklifi ilə Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş yeddi iri tonnajlı gəmi gətirilərək "Qara daşlar”ın yanında basdırılıb. Bundan sonra ərazi "Yeddi gəmi adası” adını alıb. Bu qeyri-adi ada Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilib.
Sonralar rəsmi olaraq "Neft Daşları” adlandırılan yataqda ilk buruq 1949-cu ilin aprelində quraşdırılıb, birinci kəşfiyyat quyusu isə həmin ilin iyununda qazılmağa başlayıb. Noyabrın 7-də ilk quyu neft fontanı vurub. Bu, dünyada dəniz nefti erasının başlandığı tarixdir.
Həmin vaxtdan başlayaraq Neft Daşlarında fasiləsiz olaraq neft və qaz hasil edilir. 1951-ci ildən yatağın ərazisində estakada və estakadayanı meydançalar tikilməyə başlayıb. İllər keçdikcə burada istehsal təyinatlı və sosialyönümlü infrastruktur genişlənib, dənizin qoynunda bənzərsiz şəhər yaranıb.
Neft Daşlarına hər gün gəmilər yan alır, vertolyotlar eniş edir. O, Bakıdan 100, Pirallahı adasından 50, Çilov adasından isə 30 kilometrlik məsafədə yerləşir. Burada insanlar vaxt metodu ilə, yəni növbə ilə işləyirlər - hər ayın yarısını dənizdə olur, yarısını quruda, ev-eşiklərində keçirirlər.
"Neft Daşları” NQÇİ-nin (Neft və Qazçıxarma İdarəsi) mədənləri və neft təsərrüfatı onlarca kvadratkilometr ərazini əhatə edir. Neft Daşlarında - polad dayaqlar üstündə 5 və 9 mərtəbəli yataqxanaların, mədəniyyət evinin, muzeyin, tibb-sanitar hissəsinin və s. tikilməsi, bir qarış torpağı belə olmayan məkanda park salınması, gül-çiçək əkilməsi onun "Möcüzə-şəhər”, "Dünyanın səkkizinci möcüzəsi”, "Möcüzələr adası” adlandırılmasına əsas verib.
Lakin bunlar əfsanə, möcüzə deyil, əsl reallıqdır. Hazırda burada yüzlərlə insan işləyir. Bunlar "Neft Daşları” NQÇİ-nin əməkçiləri, digər müəssisə və təşkilatların nümayəndələri - qazmaçılar, inşaatçılar, geofiziklər, rabitəçilər, tibb işçiləri və s. peşə sahibləridir.
Dəniz neftçiləri Xəzərin fırtınalı qoynunda, ekstremal şəraitdə işləyirlər. Bu insanlar haqqında əsərlər yazılıb, filmlər çəkilib, mahnılar bəstələnib. Ən dəyərli sözü isə onların haqqında ümummilli lider Heydər Əliyev deyib: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”.
Ulu öndər burada dəfələrlə olmuş, estakada və meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüş, bir sözlə, Neft Daşlarını sevmişdi.
Neft Daşlarına bu münasibət Azərbaycan dövlətinin bugünkü iqtisadi siyasətində, Prezident İlham Əliyevin dəniz şəhərinin inkişafına və onun əməkçilərinə göstərdiyi qayğıda öz təcəssümünü tapır. Neft Daşlarının 55 və 60 illik yubileylərində dövlət başçısı polad özüllər üzərində qurulmuş şəhərin, fədakar neftçilərin qonağı olmuş, 65 illik yubileyində "Möcüzələr adası”nın əməkçilərinin böyük bir dəstəsini təltif etmişdir. Neft Daşlarını, dəniz neftçilərinin əməyini yüksək dəyərləndirərək demişdir: "Əgər vaxtilə Neft Daşlarında Azərbaycan neftçiləri ağır, çətin şəraitdə böyük qəhrəmanlıq göstərərək işlərə başlamasaydılar, ondan sonrakı layihələr ya gecikə, ya ümumiyyətlə, həll olunmamış qala bilərdi. Bu gün Azərbaycanın neft-qaz potensialının əksəriyyətini təşkil edən "Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi məhz burada qoyulan təməl üzərində reallaşır”.
Dənizin bəzən amansız olduğu da sirr deyil. Sərt dalğaların şahə qalxıb fəlakət törətdiyi günlər az olmayıb. Məsələn, 1957-ci il noyabrın 21-də gecə baş verən qasırğa iki briqadanın 21 üzvünün həyatına son qoyub. Onların arasında vaxtilə Neft Daşlarında ilk quyunu qazan Mixail Kaveroçkin də olub...
Amma dənizin cazibə qüvvəsi böyük, Azərbaycan neftçisinin iradəsi yenilməzdir. Dəniz neftçiləri qəhrəmanlıq salnaməsini davam etdirir, hasilatı nəinki sabit saxlamağa, hətta artırmağa nail olurlar. Keçən il burada 1 milyon ton neft hasil edilib - "Neft Daşları” son onilliklərin rekordunu təzələyib...

Flora SADIQLI,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM