06 Noyabr 2018 22:13
304
DÜNYA
A- A+

Avropa əhalisinin əksəriyyəti keçmişdə vəziyyətin indikindən daha yaxşı olması qənaətindədir



Avropalıların üçdə iki hissəsi hesab edir ki, keçmişdə dünyada vəziyyət indikindən daha yaxşı olub.
AZƏRTAC xəbər verir ki, Bertelsmann Fondunun Avropa İttifaqında 11 min respondent arasında apardığı sorğu nəticəsində rəyi soruşulanların 67 faizi keçmişə nostalji hisslər bəslədiyini etiraf edib. "Bizim dövrümüzdə belə deyildi” deyənlərin əksəriyyəti (53 faiz) siyasi görüşünə görə sağçı olduqlarını da qeyd ediblər.

Sorğuda daha çox italyanlar müasir dövrümüzü bəyənmədiklərini ifadə ediblər. Bu ölkədən olan respondentlərin 77 faizi keçmişdə hər şeyin daha yaxşı olduğunu bildiriblər. Polşada isə əksinə, narazıların səviyyəsi 59 faiz olub.

Keçmişin xiffətini çəkənlər müasir dövrün əsas problemləri sırasında ilk olaraq miqrasiyanı qeyd ediblər. Onların yarıdan çoxu hesab edib ki, miqrantlar yerli əhalinin iş yerlərini əlindən alır. Nostalji hisslərlə yaşayanların 78 faizi isə miqrantların yerli cəmiyyətə nə dərəcədə inteqrasiya olmasına mənfi cavab veriblər.

Fondun apardığı sorğu Avropa İttifaqı ölkələrində və daha geniş şəkildə isə beş ən böyük üzv ölkədə (Almaniya, Fransa, İtaliya, Polşa və İspaniya) keçirilib.

Nəticələri şərh edən fondun əməkdaşı Aart De Qeus bildirib ki, klassik vətəndaş partiyaları "nostalgiya ritorikası”ndan əl çəkməli və seçicilər önünə konstruktiv müzakirələr və ciddi mövzularla çıxmalıdırlar. Əgər partiyalar əhalinin qorxu və əminsizliyindən öz seçki uğurları üçün sui-istifadə etmək məqsədilə heç zaman olmayan "qızıl keçmiş dövranı”nı tərənnüm edirlərsə, bu, onlar tərəfindən yol verilən ciddi məsuliyyətsizlikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video