06 Noyabr 2018 22:05
247
CƏMİYYƏT
A- A+

Ankaradakı Heydər Əliyev Bağında ağacəkmə aksiyası keçirilib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Fidanlar fidanlarla böyüyür!” şüarı altında təşkil olunan aksiyada iştirak edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Batıkent rayonunun Uğur Mumcu məhəlləsində yerləşən Heydər Əliyev Bağında təşkil olunan ağacəkmə aksiyasında iştirak edib və ağac əkib.

AZƏRTAC xəbər verir ki, "Fidanlar fidanlarla böyüyür!” şüarı altında keçirilən tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, Ankara ictimaiyyətinin tanınmış simaları, səfirlər, deputatlar, o cümlədən məktəblilər iştirak ediblər.

Ağacəkmə aksiyası ilə bağlı Heydər Əliyev Bağında böyük izdiham yaşanıb.

Əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edib.

Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən həyata keçirilən yaşıllaşdırma siyasətinin davamı olan "Fidanlar fidanlarla böyüyür!” layihəsinin əhəmiyyətindən danışan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün Türkiyənin 81 vilayətində 10 milyon ağac əkiləcək. Dövlət başçısı qeyd edib ki, Türkiyə yaşıllaşdırma işləri ilə dünyada meşəlik sahələrini genişləndirən nadir ölkələrdən birinə çevrilib. AKP hakimiyyəti 16 ildə 4 milyard 70 milyon ədəd ağac əkib. Bu sayı 7 milyarda çatdırmaq hədəflənir.

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Bağı Ulu Öndərimizin şərəfli ömür yoluna ehtiram olaraq salınıb və burada hər il 1000 ağac əkilir. Heydər Əliyev Bağı Türkiyə paytaxtının ən gözəl guşələrindən birində yerləşir. İnsanlar bu ərazidə xoş istirahət edirlər. Bu bağ Ankarada azərbaycansevərlərin ən çox ziyarət etdikləri məkana çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video