06 Noyabr 2018 21:59
912
CƏMİYYƏT
A- A+

Alimlərin fikrincə, nitqin təmizliyi yaddaşa kömək edir


Texas Universitetinin tədqiqatçıları və "UTsoundLab” laboratoriyasının dilçiləri nə üçün bir danışığın daşıdığı informasiyanın uzun müddət yadda qaldığını, digərinin dərhal unudulduğunu müəyyən ediblər.

AZƏRTAC "Science Daily” portalına istinadla xəbər verir ki, materialın yadda saxlanılmasına nitqin sürəti və təmizliyi təsir göstərir. Tədqiqatçılar bu fərziyyəni yoxlamaq üçün ingilis dilində danışan və yarısı bu dilin daşıyıcısı olan 60 nəfər cəlb ediblər. Təcrübə iştirakçılarına iki üsulla - "təmiz nitq” (yavaş sürət və düzgün tələffüz) və "danışıq nitqi” ilə (sürətlə və vurğusuz) 72 cümlə (hər biri 12 cümlədən ibarət altı blok) oxuyublar. Sonra tədqiqat iştirakçıları həmin cümlələri əzbərdən deməyə çalışıblar.

Eksperiment göstərib ki, istər əcnəbilər, istərsə də bu dilin daşıyıcıları cümlələrin məzmununu sözlər vurğu ilə yavaş tələffüz ediləndə daha yaxşı yadda saxlayıblar. Alimlər bunu belə izah ediblər. İnsan çox sürətlə danışanda, yaxud öz fikirlərini yetərincə artikulyasiya etməyəndə dinləyicisi onu başa düşmək üçün daha çox "intellektual resurs” sərf edir. Deməli, beyin başa düşməyə nə qədər çox güc sərf edirsə, materialı yadda saxlamağa bir o qədər az gücü qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video