Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:07 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qafqaz Müsəlmanları İdarəsinin sədri Madriddə İspaniya Senatının sədri ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri Madriddə İspaniya Senatının sədri ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
16:18 06.11.2018

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İspaniyanın paytaxtı Madriddə "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində İspaniya Senatının sədri Pio Qarsia Eskudero ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, QMİ sədri konfransın keçirilməsində göstərdiyi dəstəyə görə İspaniya hökumətinə təşəkkür edib. Bildirib ki, Azərbaycan ilə İspaniya arasındakı mövcud münasibətlər gələcəkdə də bu kimi tədbirlərin keçiriləcəyini deməyə əsas verir.

Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını İspaniya Senatının sədrinə və ispan xalqına çatdırıb və onu Azərbaycana dəvət edib.

Senatın sədri Pio Qarsia Eskudero "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın xalqlarımız arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olacağına inandığını bildirib.

Görüşün sonunda Senatın sədrinə xatirə hədiyyəsi təqdim olunub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM