06 Noyabr 2018 15:47
327
DÜNYA
A- A+

Hindistanda havanı süni yağışla təmizləməyi planlaşdırırlar


Hindistanın paytaxtı havanın təmizlənməsi üçün süni üsullarla yaradılan yağış texnologiyasından istifadə ediləcək ilk şəhər ola bilər. Yağıntıya səbəb olan xüsusi maddələr təyyarələr vasitəsilə buludlara səpiləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə çirklənməyə nəzarət üzrə mərkəzi idarənin katibi Praşant Harhava bildirib. "Süni yağışlar havanın çirklənmə probleminin həlli ola bilər. Biz Hindistanın Meteoroloji Departamenti ilə bu imkanları nəzərdən keçiririk”, - o, "Economic Times” qəzetinə verdiyi müsahibədə belə deyib.
Praşant Harhavanın sözlərinə görə, hökumət bu əməliyyatı noyabrın 10-dan sonra - əlverişli meteoroloji şəraitin yaranacağı vaxt həyata keçirməyi planlaşdırır.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Hindistanda hər il milyona
qədər insan zəhərli tüstü səbəbindən həyatını itirir, paytaxt Dehli isə ekoloji vəziyyətinə görə dünyanın ən çirkli şəhəri olaraq qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video