06 Noyabr 2018 15:44
508
Mədəniyyət
A- A+

V Bakı Beynəlxalq Teatr Konfransının plenar iclaslarında maraqlı məruzələr dinlənilir


V Bakı Beynəlxalq Teatr Konfransı plenar iclaslarla davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da beynəlxalq konfransın sonuncu günü plenar iclasa AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov (Azərbaycan) və Anadolu Universitetinin professoru Ebru Gökdağ (Türkiyə) moderatorluq ediblər.

Plenar iclasda əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin prorektoru Məryəm Əlizadə "Müasir fəlsəfədə teatr anlayışı (Fəlsəfi konseptlərin mozaikası əsasında)” məruzə ilə çıxış edib. Bildirib ki, müasir fəlsəfənin və sənətşünaslığın bir çox tənqidi mətnlərində prosesi, vəziyyəti, ifaçılıq kontekstini strukturlaşdıran perfomans təcrübələri qavrayış prizmasından nəzərdən keçirilən sənətə alternativ götürülür. Təklif edilir ki, sənət müşahidə, seyr obyekti kimi yox, istehsal prosesi kimi araşdırılsın. Müasir filosofların teatrla bağlı düşüncələrinə təhlil edən tədqiqatçı bu qənaətə gəlir ki, teatr düşüncəsi, teatra baxış və onun mahiyyətinin təhlili kəskin şəkildə dəyişir və dəyişməkdədir.

İclasda Meiji Universiteti, Yapon Qlobal Tədqiqatlar Məktəbinin professoru Ken Hacıvara, Batumi İncəsənət Universitetinin dosenti İnqa Xalvaşi, Yunanıstan Balaca Tülkülər Uşaq Teatrının baş müdiri Emili Kamarinopulu, Norveç Genrik İbsen Tədqiqatları Mərkəzinin elmi işçisi Rezan Saleh, Gürcüstan NNLE "Teatr Fondu”nun rəhbəri Manana Turiaşvili və başqaları məruzələrlə çıxış ediblər.

Məruzələrdə müasir teatrın qarşısında duran vəzifələr, mövcud problemlər və digər məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, "XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir.
Builki konfransda 40-dan çox ölkədən 110 xarici qonaq iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video