Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:18 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlətin iqtisadi konstitusiyası yenə də mükəmməl hazırlanıb
Dövlətin iqtisadi konstitusiyası yenə də mükəmməl hazırlanıb
ANA SƏHİFƏ / PARLAMENT
03:06 06.11.2018

Milli Məclisin komitələrində 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi başlanıb


Noyabrın 5-də Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirələri başlanıb. Büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi ilk olaraq Milli Məclisin 5 - İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, həmçinin Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirəyə çıxarlıb.
İclasda maliyyə naziri Samir Şərifov, vergilər naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, eləcə də komitə sədrləri və digər qonaqlar iştirak ediblər.


Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir


İclası aparan parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycan iqtisadiyyatının son 15 ildə qazandığı nailiyyətlərdən söz açıb.
Komitə sədri vurğulayıb ki, həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələri göz önündədir. Dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Bu uğurun arxasında isə, əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət dayanır. Dövlət büdcəsi də bu nailiyyətlərin əldə olunmasında mühüm vasitədir. Z.Səmədzadənin fikrincə, hökumət, eləcə də dövlət büdcəsinin hazırlanmasında iştirak edən qurumların və strukturların kifayət qədər məsuliyyətli yanaşması büdcə zərfindəki göstəricilərin ildən-ilə daha da yaxşılaşmasına səbəb olur. Növbəti ilin büdcəsindəki parametrlər bir neçə istiqamət üzrə daha da yaxşılaşıb. Büdcə sistemində yeni meyarlar tətbiq edilib ki, bu meyarlar dövlət büdcəsinin keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edəcək.


Layihə hazırlanarkən gözlənilən iqtisadi meyillər nəzərə alınıb


"Gələn ilin icmal və dövlət büdcəsi "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikamızın strateji inkişaf prioritetləri, xalqın rifahının daha da yaxşılaşdırılması və digər dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş proqramların maliyyə təminatı əsas götürülməklə, 2019-cu və sonrakı 3 il üzrə ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri, 2019-2022-ci illərdə gözlənilən iqtisadi meyillər nəzərə alınmaqla hazırlanıb”.
Bu fikirləri 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərlə bağlı ətraflı məlumat verən maliyyə naziri Samir Şərifov söyləyib.
Qeyd edilib ki, 2019-cu ilin həm dövlət, həm də icmal büdcəsi yeni büdcə qaydasının tələbləri gözlənilməklə tərtib olunub. Yeni büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması mexanizmini müəyyən edir.
Büdcənin sabitliyi və ortamüddətli dayanıqlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.


Neftin orta ixrac qiyməti 60 dollar nəzərdə tutulub


Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28 faiz səviyyəsində nəzərdə tutulub. 2019-cu ilin dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 milyon manatı və ya 31,9 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon manatı Dövlət Neft Fondundan transfertlərin, 3,451,6 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı isə digər gəlirlərin payına düşür.
Gələn il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 dollar nəzərdə tutulub.


Büdcə yenə də sosialyönümlüdür


Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulur.
Belə ki, 2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyənləşib.


Muzdla çalışanların gəlirləri ilə bağlı islahatlar aparılacaq


Gələn il büdcə-vergi siyasətində yeniliklər həyata keçiriləcək. Belə ki, 2019-cu ildə bu siyasətin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatların həyata keçirilməsi təşkil edir. Bu islahatların əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərinin tənzimlənməsi məsələsi təşkil edir.
Aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükün azaldılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir. Bütün sahələr üzrə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Yanvarın 1-dən başlanacaq islahatlara əsasən bu kateqoriyadan olan şəxslərə 7 il müddətində güzəştlər ediləcək.


İcbari tibbi sığortaya 224 milyon manat ayrılır


Bir sıra sosial xərclərə gəldikdə isə qeyd edilib ki, gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün 262 milyon manat, icbari tibbi sığortaya 224 milyon manat, beşinci bələdiyyə seçkilərinin keçirilməsi üçün 54 milyon manat, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün 18 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.
2019-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri üçün 6 milyard 368,4 milyon manat vəsait ayrılıb. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 887,6 milyon manat vəsait proqnozlaşdırılır.
Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur.


Müdafiə və təhlükəsizlik xərcləri yenə artır


Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün büdcə xərclərinin 18,5 faizi həcmində və ya 4 milyard 589,6 milyon manat vəsait nəzərdə tutulur.
Bu vəsaitin 3 milyard 37,6 milyon manatı və ya 66,2 faizi (2018-ci ilə nisbətən 132,4 milyon manat və ya 4,6 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1 milyard 552 milyon manatı isə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək.


Məqsəd iqtisadi artımın təmin edilməsi, özəl investisiyaların səmərəli təşviqidir


Sonra iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev son 15 ildə Azərbaycan iqtisadiyyatının 3,2 faiz artdığını və bunun rekord göstərici olduğunu söyləyib. Azərbaycanda həyata keçirilən bütün sosial-iqtisadi layihələr barədə geniş məlumat verən nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq ölkədə həyata keçirilən layihələr Azərbaycana gələcək illərdə də böyük dividendlər qazandıracaq.
Vergilər naziri Mikayıl Cabbarov isə qeyd edib ki, qarşıda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi qəbul edilib.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə "Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, Dövlət Neft Fondunun gəlir və xərclərinin dövlət büdcəsinin tərkibində olduğunu bildirərək deyib ki, 2019-cu ildə dövlət büdcəsində olduğu kimi, Dövlət Neft Fondunun büdcəsində də neftin qiyməti 1 barelə görə 60 dollar götürülüb. Bu göstəriciyə uyğun olaraq fondun növbəti il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, 2017-ci ilin göstəricisindən 28,4 faiz, 2018-ci ilin göstəricisi ilə müqayisədə isə 1,8 faiz çoxdur.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış ediblər. Bildirilib ki, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq.
Növbəti ilin dövlət büdcəsinin gəlir və xərclərinin təhlili respublikamızın inkişafının davamlılığını, xalqın rifahının yaxşılaşmasını göstərir. Bu isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiyanın uğurlu nəticəsidir.


Azərbaycan dövləti daim müdafiə qabiliyyətini gücləndirir


Müzakirələrdə çıxış edən deputatlardan Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov büdcə layihəsinin mükəmməl hazırlandığını vurğulayıblar.
"Dövlət büdcəsi dövlətin iqtisadi konstitusiyasıdır və həmişə olduğu kimi, növbəti ilin büdcəsi də sosialyönümlüdür”. Bunu isə Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söylədi. Bildirildi ki, hər zaman müdafiə qabiliyyətini gücləndirən Azərbaycan dövləti müharibə şəraitində yaşadığı üçün yenə də bu sahəyə xüsusi diqqət ayırıb və bu da təqdirəlayiq haldır. Azərbaycan dövləti öz müdafiə qabiliyyətini gücləndirməlidir.
Büdcə layihəsinin müzakirəsi Milli Məclisin komitələrində bu gün də davam edəcək.

Rəşad BAXŞƏLİYEV,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM