Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:08 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasında əməkdaşlığı stimullaşdırır
Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasında əməkdaşlığı stimullaşdırır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:59 06.11.2018

Bu, VI Bakı Beynəlxalq Humanitar Forumunda bir daha vurğulanıb


VI Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycanın iqtisadi yüksəlişindən bəhs edilərkən nəqliyyat sahəsində həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti də vurğulanmışdır. Məlum olduğu kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmirlər. Azərbaycan isə çoxdan formalaşmış bu stereotipə son qoyaraq heç bir açıq dənizə, yaxud okeana çıxışı olmadan belə təkcə regionun deyil, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bununla da tarix qarşısında böyük xidmət göstərib. Bu, ölkədə yürüdülən məqsədyönlü iqtisadi siyasət, Azərbaycan dövlətinin dünyadakı nüfuzu və yaratdığı mükəmməl tərəfdaşlıq formatı sayəsində mümkün olub.
Prezident İlham Əliyev sözügedən forumdakı nitqində bu barədə demişdir: "Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Əlbəttə, buna nail olmaq üçün mütləq ilk növbədə qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır və bunlar da var”.
Azərbaycan son illərdə mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yarada bilmişdir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr məhz bunun nəticəsində böyük uğurlarla nəticələnmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi”nin seqmentləri buna aydın misaldır. Neft-qaz və ixrac layihələrini həyata keçirərək qazandığı təcrübə və maliyyə vəsaitləri Azərbaycana beynəlxalq əhəmiyyətli nəqliyyat qovşaqları yaratmağa da imkan verib. Ölkəmizin mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissələri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini qeyd etmək kifayətdir.
Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə 2007-ci ildə başlanıb. Bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. Kompleksin təməli 2010-cu ildə dövlət başçısının iştirakı ilə qoyulub, 2014-cü ildə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib. Bu ilin əvvəlində isə Dəniz Ticarət Limanı Kompleksinin Ro-Ro terminalının açılışı olub.
Tikintisində və istismara verilməsində Azərbaycanın liderlik etdiyi və aparıcı qüvvə olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə qədim İpək yolunun polad magistrallar üzərində bərpası deməkdir. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolunun 263 kilometri Gürcüstandan, 79 kilometri Türkiyədən keçir.
Bu magistral xətt Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yolu ilə hər iki istiqamətdə daşınması onların həcmini dəfələrlə artıracaq. Daşımalara sərf edilən vaxt da nəzərəçarpacaq dərəcədə azalacaq. Yaxın gələcəkdə həm Azərbaycan, həm də Gürcüstan və Türkiyə tranzit daşımalarından yüksək gəlir əldə edəcəklər.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana Gürcüstan ərazisindən Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi qurmaq imkanı yaradıb. Odur ki, bu dəmir yolu regionda turizmin inkişafına da böyük təkan verəcək.
İki qitəni birləşdirən dəmir yolu xətti Avrasiya məkanında nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihədir. Artıq Asiyadan və Avropadan müxtəlif istiqamətlərə gedən yüklər Azərbaycanın ərazisindən keçir.
Beləliklə, Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri onlarca ölkəni bir-birinə bağlayır, onlarca ölkə üçün şərait yaradır. Bu ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür.
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycandan keçən avtomobil və dəmir yolu hissələri Ələtdə kəsişir. Bu ərazidə inşa edilən liman Xəzər hövzəsinin ən böyük beynəlxalq ticarət limanıdır. Limanın tikintisi buraya su magistrallarını da əlavə edib. Məhz bütün bunlar - avtomobil, dəmir və su yollarının birləşməsi Azərbaycanın mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradıb.
VI Bakı Beynəlxalq Humanitar Forumunda bunlar qeyd edilməklə yanaşı, Azərbaycanda digər geniş, müasir nəqliyyat infrastrukturu yaradıldığı da diqqətə çatdırılıb. Belə ki, Azərbaycanı qonşu ölkələrlə bağlayan və respublikanın özünün əsas hissələrini əhatə edən dəmir yollarımız var. Son 15 ildə ümumi uzunluğu 15 min kilometrdən çox avtomobil yolları çəkilib, yaxud əsaslı təmir edilib. Xəzər hövzəsində 200-dən çox gəmisi olan ən böyük ticarət donanması da Azərbaycandadır. Qeyd edildiyi kimi, bu il Xəzər dənizinin yeni ticarət limanının istifadəyə verilməsi bu işləri tamamlayır.
İndi ölkəmizdə 7 aeroport fəaliyyət göstərir. Onlardan 6-sı beynəlxalq aeroportdur. Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən, 2004-2008-ci illəri əhatə edən I Dövlət Proqramı ərəfəsində Azərbaycanın tək bir beynəlxalq aeroportu var idi. Bu gün Bakı Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, ümumilikdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Bundan əlavə, Yevlax aeroportu da yenidən qurulub.
Forumda bir daha qeyd edilib ki, bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə bu il həmin dəhliz vasitəsilə daşınan yüklərin həcmi 100 dəfədən çox artıb və bütün bunlar hələ başlanğıcdır. Hətta Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinə digər istiqamətlərdən qoşulma halları da müşahidə olunur. Prezident İlham Əliyev bu uğurların önəmini bir daha vurğulayaraq demişdir: "Biz bu gün artıq "Cənub-Qərb nəqliyyat dəhlizi”ni təmin edirik və "Şərq-Qərb nəqliyyat dəhlizi” də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı eyni zamanda mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibəti yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz”.
Beləliklə, Azərbaycanın mühüm əhəmiyyət daşıyan enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasındakı əməkdaşlığı da stimullaşdırır. Belə əməkdaşlıq uğurlara yol açır, problemlərin yaranmasına isə yol vermir.

Flora SADIQLI,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM