Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:02 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş beynəlxalq biznes forumu keçirilib
Kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş beynəlxalq biznes forumu keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:58 06.11.2018

Noyabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq biznes forumu keçirilib.
Forumun açılışında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafının təmin edilməsi üçün kiçik və orta sahibkarlığın inkişafı mühüm amillərdən biridir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi ölkə Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində özəl sektora müdaxilə halları azalıb. Bununla yanaşı, sahibkarlığa dövlət tərəfindən maliyyə köməyi mexanizmi yaradılıb və bu hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir.
Məruzəçi forum iştirakçılarının diqqətinə çatdırıb ki, ölkədə əlverişli biznes mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi sahəsində xarici təşkilatlarla sıx əməkdaşlıq edilir. Bu gün əsas hədəfimiz milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti qeyd edib ki, hazırda respublikada gerçəkləşdirilən bütün islahatlar yeni keyfiyyət mərhələsinə keçib. Başlıca hədəf milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində öz ifadəsini tapıb. Əhalinin məşğulluğunun, iqtisadiyyatın rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı, leqal məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində məhsuldarlığın yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər, aparılan islahatlar barədə danışıb, həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artdığını vurğulayıb.
Nazir müavini qeyd edib ki, sahibkarlığın inkişafına dəstək məqsədilə bu sahədə aparılan yoxlamalar dayandırılmış, lisenziya və icazələr sistemi təkmilləşdirilmiş, "Lisenziyalar və icazələr” portalı yaradılmış, ixracın və investisiyaların təşviqi mexanizmi tətbiq edilmiş, sənaye parkları və məhəllələri yaradılmışdır. "Made in Azerbaijan” brendinin təşviqi tədbirləri ardıcıl olaraq davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizin beynəlxalq reytinq agentliklərinin hesabatlarında mövqeyi davamlı olaraq yaxşılaşır. Bu günlərdə açıqlanan Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycanın öz mövqeyini yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerə yüksəlməsi və ən çox islahat aparan 10 ölkədən biri olması bunun daha bir göstəricisidir...
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının üzv ölkələrin biznes dairələri arasında əməkdaşlığı təşviq edən səmərəli platforma olduğunu, bugünkü forumun biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Azərbaycanda uğurlu islahatlar həyata keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov Agentlik tərəfindən Masallıda "KOB Dostu” mərkəzinin yaradıldığını, hazırda "KOB evi”nin yaradılması ilə bağlı işlərin aparıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, sahibkarlara "KOB evi”ndə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının xidmətləri, çoxsaylı dəstək tədbirləri göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB Evi” portalının yaradılması ilə bağlı işlər aparılır. Agentlik rəhbəri qurumun sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini, bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə tətbiq olunan yeniliklərin mübadiləsinin faydalı olacağını qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsində belə tədbirlərin önəmini qeyd edib, "Vakıf Bank”ın İdarə Heyətinin sədri Mehmet Özcan isə kiçik və orta sahibkarlığa dəstək tədbirləri və bu sahədə bankın gördüyü işlərə dair fikirlərini bölüşüb.
Biznes forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası, eləcə də Rumıniya Ticarət və Sənaye Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
Tədbir "Kiçik və orta sahibkarlığın inkişafı naminə Qara dəniz ölkələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, regional dəyər zəncirinin yaradılması” və "Regional enerji layihələrinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrində qeyri-neft sektorunun inkişafındakı rolu” mövzularında panel iclaslarla davam edib.
"Kiçik və orta sahibkarlığın inkişafı naminə Qara dəniz ölkələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, regional dəyər zəncirinin yaradılması” mövzusunda paneldə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Türkiyə-Azərbaycan Biznes Şurasının rəhbəri Selcuk Akat, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Konfederasiyanın turizm, mədəniyyət və mətbuat təşkilatları ilə iş komissiyasının sədr müavini Ceyhun Aşurov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn, Rumıniya Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Virgin Goaga, "Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Fərid Əliyev, Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov öz çıxışlarında kiçik və orta biznes subyektləri arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirərək, biznes dairələri arasında əlaqələrin qurulmasında və inkişafında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının böyük rolu olduğunu vurğulayıblar.
Beynəlxalq biznes forumu iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM