06 Noyabr 2018 02:54
3491
Oxucu məktubları
A- A+

Bir ünvan da qoşuldu


Qəsəbəmizdə xalça fabriki tikilməyə başlayanda ən çox sevinənlərdən biri mən oldum. Çünki özüm xalça toxumağı bacarıram. Bu sənətlə bağlı az-çox məlumatım da var.

Bilirəm ki, Qarabağ xalçaları bölgənin rəngarəng təbiətini, zəngin mədəniyyətini zərif naxışlarla tərənnüm edən sənət nümunələridir. Xalçaçılıq sənəti 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilmişdir. Bu, xalçaçılarımızın yaradıcılığına və adi ilmələrin ecazkar dünyasına verilən qiymətdir.

Ümummilli lider Heydər Əliyev, onun layiqli davamçısı İlham Əliyev də Azərbaycan xalçaçılarına dəstək verərək xalçaçılıq sənətini inkişaf etdirmişlər. Azərbaycan mədəniyyətinin ən böyük hamilərindən olan Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində xalçalarımız bu gün dünyanın ən mötəbər muzey və sərgilərində nümayiş etdirilir.

Fabrikdə çalışanlardan biri də mənəm. Burada alacağım əməkhaqqı da ailəmizin dolanışığına əhəmiyyətli təsir edəcək. Fabrikə işə qəbul edilmiş digər qadınlar da bu fikirdədirlər. Onlar da göstərilən qayğı və diqqətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirirlər.

Beləcə Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrə, yeni inşa olunan məktəblərə, xəstəxanalara, uşaq bağçalarına və digər çoxsaylı obyektlərin sırasına daha bir ünvan da qoşuldu - Quzanlı Xalça Fabriki.

Sürəyya SƏFƏROVA,

Ağdam rayonunun sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video