06 Noyabr 2018 02:54
3285
Oxucu məktubları
A- A+

Yolunuz həmişə açıq olsun


Bir vaxtlar yollarımızın pis olması barədə eşidilən giley-güzarların sayı-hesabı yox idi. Bu da səbəbsiz deyildi. Hamı istəyirdi ki, mənzil başına rahat və tez çatıb yol yorğunu olmasın.

Artıq belə giley-güzarlara, demək olar, son qoyulub. Son 15 ildə ölkəmizdə yol infrastrukturunun yenidən qurulması sahəsində misilsiz işlər görülüb. Beynəlxalq, yerli əhəmiyyətli yollar çəkilib, icra edilən mühüm layihələr kəndlərin də simasını dəyişib, paytaxt və bölgələr arasında harmoniya yaradıb, regionlarda həyat səviyyəsini yüksəldib.

Avqust ayının axırlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolu da yenidən qurulub bərpa ediləndən sonra istifadəyə verildi. Yolun açılışını Prezident İlham Əliyev etdi. 1000 nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən bu yolun hərəkət hissəsi ikizolaqlıdır. Yol boyu suötürücülər quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub. İndi bu yol həmin kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, kənd təsərrüfatı məhsullarının istehlakçılara daha tez çatdırılmasına imkan yaradıb. Biz bu şəraiti yaradan ölkə rəhbərinə, çəkilişdə əməyi olan bütün insanlara minnətdarlığımızı bildirərək deyirik: yolunuz həmişə açıq olsun!

Xankişi MUSTAFAYEV,

Zahir QULİYEV,

İsmayıllı rayonunun Kəlbənd kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video