Alternative content

19:36 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daha 256 ailə təzə mənzildə yaşayacaq
Daha 256 ailə təzə mənzildə yaşayacaq
ANA SƏHİFƏ / Oxucu məktubları
02:54 06.11.2018


Bilirik ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı göstərmiş, dəfələrlə onların məskunlaşdıqları çadır şəhərçiklərində olmuşdur.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış, onun qayğısı ilə bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr salınmaqla çadır şəhərcikləri ləğv edilmişdir.

Qazax rayonunda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edirlər. Belə ki, rayonun işğal altında olan Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı və Yuxarı Əskipara kəndlərinin 304 məcburi köçkün ailəsi üçün Qazaxbəyli kəndində yeni qəsəbə salınmışdır. Bütün infrastrukturla təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılmışdır. Rayon rəhbərliyi də tez-tez qəsəbədə olur, köçkünlərin həyat və məişət şəraiti ilə maraqlanır, lazım gəldikdə köməklik göstərir.

Qəsəbəmizdə Aşağı Əskipara kənd tam orta məktəbi, rayon icra hakimiyyəti başçısının Aşağı Əskipara kənd inzibati ərazi dairəsi üçün inzibati bina və tibb məntəqəsi də inşa edilmişdir. Bu yaxınlarda isə burada əlavə olaraq 256 ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi üçün torpaq sahəsi ayrılmışdır.

Aybəniz SADIQOVA,

Qazax rayonunun Aşağı Əskipara kənd sakini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM