06 Noyabr 2018 02:53
3365
Oxucu məktubları
A- A+

Çobanın arzusu həyata keçdi


Çayrud kəndi Lerikin abad yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən 18-20 kilometr aralıqdadır. Arxası dağlara söykənib, aşağısından kiçik çay axır.

Burada iki ümumtəhsil məktəbi, musiqi məktəbi, uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Xəstəxana, mədəniyyət evi, kitabxana, poçt şöbəsi, ATS, sənaye malları və ərzaq dükanları əhaliyə xidmət göstərir. Hər iki evdən birinin qapısında minik maşını var.

Kəndə avtomobil yolu ötən əsrin qırxıncı illərində çəkilib. Dağ yamaclarına qalxır, dərələrə enir. Hər səhər Çayruddan Bakıya, Lənkərana, rayon mərkəzinə rahat avtobuslar yola düşür. Kənd bələdiyyəsi yolların təmirinə qayğı və diqqət göstərir, iməciliklər keçirir. Bu yaxınlarda çoban Arif Əlirzayev bələdiyyə üzvlərinə müraciət edərək öz vəsaiti hesabına qonşu Mondigah kəndi ilə Çayrud arasında yolu təmir etdirmək arzusunda olduğunu bildirdi. Təklif hamının ürəyindən oldu.

Arif Əlirzayevin yun satışından qazandığı 5 min manat vəsaitlə qum, çınqıl, daş tədarük edildi, özəl təşkilatlardan kirayəyə texnika götürüldü. Kəndin ziyalıları da köməyə gəldilər. Beləcə, 5 kilometr yol təmir olundu. Həmkəndliləri də çobanın bu xeyirxahlığından razı qaldılar. Bundan əlavə, kənd bələdiyyəsi nadir ağaclardan salınmış parkda abadlıq işləri apardı. Parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin ətrafında gül kolları və çiçəklər əkdilər.

Çıraq KƏRİMOV,

Çayrud kəndi, əmək veteranı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video