05 Noyabr 2018 21:39
545
Mədəniyyət
A- A+

Bakı V Beynəlxalq Teatr Konfransında müasir teatr prosesini əks etdirən maraqlı mühazirələr dinlənilib


Bakı V Beynəlxalq Teatr Konfransı noyabrın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında müasir teatr prosesini əks etdirən maraqlı mühazirələrin dinlənilməsi ilə işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, gün ərzində "Teatrın yeni fəlsəfəsi və XXI əsrdə tədris teatrı”, "Əsrin teatr fəlsəfəsi- İnsandır!”, "Mona Liza” ilə selfi”, "Mövcudluğun təzadı: Hindistan Xalq Teatrının XXI əsrdə xüsusiyyətləri”, "XXI əsrdə teatr fəlsəfəsi: Varlıq anlayışı və varlıq”, "Lepaj və Mnuşkina "mədəni istismar”da istismar olunur. Teatr və real həyat qarşı-qarşıya gəlir” və digər mövzularda məruzələr dinlənilib.

Əliqismət Lalayev, Məryəm Əlizadə (Azərbaycan), Lela Oçiaurini (Gürcüstan) və Emil Səlimovun (Fransa) moderatorluğu ilə keçirilən panellərdə Laşa Çxartişvili (Gürcüstan), Monika Bajonero Diaz (Meksika), Mişel Vais (Kanada), Leyla Səlimova (Rusiya), Aydın Talıbzadə, (Azərbaycan), Pravin Bhole (Hindistan), Galina Verbitskaya (Rusiya), Peter Goldfarb (ABŞ), Olga Buralyova (Belarus), Ravi Çaturvedi, Yogita Svami (Hindistan), Faramarz Gholamian (İran) və digər teatrşünaslar çıxış ediblər.

Müasir teatrın problemlərindən danışan məruzəçilər bu gün sənət ocaqlarını və tamaşaçıları düşündürən suallara cavab axtarıblar. Bildirilib ki, auditoriya sosial məhsul olmaqla yanaşı, həm də bütöv bir siyasətdir. Gələcəyin potensial auditoriyasının formalaşması bugünkü rəqəmsal dünyada artıq bir missiyadır və bu missiya teatrlar üçün son dərəcə xarakterik olan maliyyə böhranından daha vacibdir. Çıxışlarda teatrın vəzifəsi nədir? Biz teatrdan nə istəyirik? Bu nə kimi ehtiyacdır? və s. sualların cavablandırılmasına çalışılıb.

Bildirilib ki, rejissor pyesi tamaşaya hazırlayanda nəyi və niyə hazırladığını düşünməklə yanaşı, kim üçün hazırladığını da nəzərdən qaçırmamalıdır. Vurğulanıb ki, bu gün teatr yenidən küçələrə çıxmaq istəyir, kütləyə qarışmaq, tamaşaçı bolluğu ilə qarşılaşmaq istəyir.

Qeyd edək ki, "XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir.

Builki konfransa 40-dan çox ölkədən 110 xarici qonaq qatılıb. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.

Konfrans işinin noyabrın 6-da tamamlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video