05 Noyabr 2018 21:26
763
Elm və texnika
A- A+

ADA Universiteti ilə Venesiyanın Ka' Foskari Universiteti arasında anlaşma memorandumu imzalanıb


Azərbaycanın ən qabaqcıl ali məktəbi olan ADA Universiteti və Venesiyanın Ka' Foskari (Ca' Foscari) Universiteti arasında əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Ka' Foskari Universitetinin rektoru Mikele Bulyezinin sözlərinə görə, bu sənədin imzalanması, eləcə də Bakı Ka' Foskari Universitetinin məsləhət ofisi iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə kömək edir. Bu il Ka' Foskari Universitetinə Azərbaycandan 35 tələbə qəbul olub.

Ka' Foskari Universitetinin prorektoru xanım Tiziana Lipiello ADA universitetinin tələbələri qarşısında "Marko Polonun izləri ilə: İpək Yolu ölkələrinin mədəni irsini dəyərləndirilməsi üçün yeni layihələr” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edək ki, bu məruzə "Fantazia” mədəni irs festivalı çərçivəsində həyata keçirilib.

Ka' Foskari Universitetinin rektoru Mikele Bulyezinin rəhbərlik etdiyi nümayəndə heyəti təhsil nazirinin müavini Firudin Qurbanovla da görüşüb. Görüşdə tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra Venesiyanın Ka' Foskari Universitetinin Bakıdakı ofisinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Mikele Bulyezi universitet haqqında məlumat verib. Tiziana Lipiello Bakıdakı ofisin fəaliyyəti haqqında danışıb.

Universitetin Bakıdakı ofisinə ev sahibliyi edəcək "United-Cultures in Baku” şirkətinin direktoru xanım Paola Kasaqrande tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video