05 Noyabr 2018 21:20
300
DÜNYA
A- A+

Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləmir


Avropa İttifaqı Komissiyasının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moscovisi ABŞ-ın İrana təkrar sanksiyalar tətbiq etmək barədə qərarını dəstəkləmədiyini bildirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Pyer Moscovisi "Franceinfo” radiosunda ABŞ-ın 2015-ci ildə nüvə sazişi çərçivəsində ləğv olunan bütün İran sanksiyalarının bərpa edilməsi barədə qərarına münasibət bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla nüvə sazişindən çıxdığını bildirərək avqustun 7-də bu ölkəyə qarşı ilk sanksiya paketini tətbiq edib. Birləşmiş Ştatların ikinci sanksiya paketi isə 180 günlük müddətin bitməsinin ardından noyabrın 5-də qüvvəyə minib. Bu gündən etibarən İran Beynəlxalq Neft Şirkəti, İran Neft Ticarəti Şirkəti və Beynəlxalq Tanker Şirkəti beynəlxalq məhdudiyyətlərə məruz qalacaq.

İran Prezidenti Həsən Ruhani ABŞ sanksiyalarının ikinci mərhələsini şərh edərkən deyib ki, ölkəsi bu sanksiyaları qıracaq və xaricə neft satmaqda davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video