05 Noyabr 2018 21:00
488
Təhsil
A- A+

Məleykə Abbaszadə: Əsas məqsədimiz pedaqoji ictimaiyyəti imtahanlardakı yeniliklər barədə məlumatlandırmaqdır


Regionlarda keçirdiyimiz konfransların iştirakçıları əsasən pedaqoji ictimaiyyətin nümayəndələridir. Onlar şagirdlərlə daha çox təmasda olurlar. Əsas məqsədimiz pedaqoji ictimaiyyəti qarşıdan gələn qəbul imtahanlarında nəzərdə tutulan yeniliklər barədə məlumatlandırmaqdır. Onların imkanı olacaq ki, şagirdlərin, müəllimlərin, valideynlərin bu yeniliklərlə bağlı suallarını cavablandırsınlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəkidə keçirilən regional konfrans zamanı jurnalistlərə müsahibəsində deyib.

Qurumun rəsmisi qeyd edib ki, pedaqoji ictimaiyyət bu yenilikləri Mərkəzin rəsmi mətbu orqanlarından, sosial şəbəkə səhifəsindən də əldə edə bilər. "Bu sualların cavabı artıq hamıya məlumdur. Çünki hələ bir-iki il əvvəl ictimaiyyətə çatdırılmışdı. Hazırda daha çox şagirdlər və valideynlər narahatdırlar. Biz çalışırıq ki, pedaqoji ictimaiyyətə düzgün istiqamət verək və onlar da, öz növbəsində, şagirdləri düzgün istiqamətləndirsinlər”, - deyə Məleykə Abbaszadə bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video