05 Noyabr 2018 14:25
893
Elm və texnika
A- A+

Dilçi alimlər mübahisəli leksik vahidlərin orfoqrafiyasını sabitləşdirməyə müvəffəq olublar


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin əməkdaşları yeni nəşr olunacaq "Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi, yeniləşdirilməsi üçün bütün imkanlarını səfərbər ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2018-ci il ərzində görülən davamlı işlər nəticəsində şöbənin əməkdaşları mübahisə doğura biləcək leksik vahidlərin orfoqrafiyasını sabitləşdirməyə, variantlılıq hallarını aradan qaldırmağa, yeni yaranan sözləri lüğətə daxil etməyə müvəffəq olublar. Onlar artıq 2019-cu ildə normativ bir orfoqrafiya lüğətini nəşr etdirmək əzmindədirlər. Hazırda tərtibçilər lüğətin bütün hərflərini diqqətlə yoxlayırlar. Bu mərhələdən sonra şöbə müdiri, professor İsmayıl Məmmədli tərəfindən lüğətin redaktə olunub son variantda təhvil verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, sentyabrın 13-də AMEA-nın Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib. İclasda bildirilib ki, orfoqrafiya məsələləri ilə bağlı mətbuatda 300-dən artıq məqalə dərc edilib. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb, ictimaiyyət öz fikrini bölüşüb. Yeni orfoqrafiya qaydaları təsdiq olunarkən dildə gedən proseslərin, ictimai və mütəxəssis rəylərinin, eləcə də dilin özünün uyğunluğu nəzərə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video