Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:18 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziya hökuməti “Boeing 737” təyyarəsinin qəzasının təfərrüatını açıqlayıb
İndoneziya hökuməti “Boeing 737” təyyarəsinin qəzasının təfərrüatını açıqlayıb
ANA SƏHİFƏ / DÜNYA
14:19 05.11.2018

İndoneziya hökuməti "Lion Air” aviakompaniyasının qəzaya uğrayan təyyarəsinin Yavan dənizinin səthinə çırpılması nəticəsində dağıldığı qənaətinə gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə nəqliyyatda təhlükəsizliyin təmin olunması komitəsinin rəhbəri Soercanto Tacahono "Elshinta” radiostansiyasına müsahibəsində deyib. "Boeing 737 Max 8” suya çırpıldıqdan sonra parçalanıb, onun havada olarkən dağılmasını sübut edən heç bir iz aşkarlanmayıb”, - deyə Soercanto Tacahono bildirib.

Bir qədər əvvəl ekspertlər qəza anında təyyarənin sürətinin saatda min kilometrə çatdığı ehtimalını irəli sürüblər. Onların fikrincə, laynerin sürətinin çox olması onun hissələrinin böyük əraziyə yayılmasına səbəb olub.

Noyabrın 4-də mütəxəssislər qara qutudan "Boeing 737” laynerinin son 19 uçuşunun məlumatlarını yükləyib. Onların sözlərinə görə, sonuncu reysin qeydə alınması Cakarta aeroportundakı dayanacaqdan başlayır. Təyyarə havaya qalxdıqdan sonra cənub-şərqə istiqamətlənib. Sonuncu qeyd isə yerli vaxtla saat 06:31-də yazılıb. Xilasedicilər hazırda dənizin dibində azı bir metrlik torpaq çöküntüsünün atında qalmış səsyazan qurğunu (bu qurğu pilotların danışığını yazır) axtarırlar.

Xatırladaq ki, "Lion Air” aviakompaniyasına məxsus "Boeing 737 MAX” təyyarəsi oktyabrın 29-da havaya qalxdıqdan 13 dəqiqə sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM