30 Sentyabr 2012 12:09
1031
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Mülkiyyətimdə olan torpaq sahəsini ipoteka qoymuşam. İndi həmin sahədə ev tikmək istəyirəm. Bu, mümkündürmü? Əgər mümkündürsə,  tikinti işlərinin aparılması üçün ipoteka saxlayanın razılığını almalıyam?

 

Bəyimxanım Əliyeva,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

Həmin məcəllənin 240.2-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

"İpoteka haqqında" qanunun 52-ci maddəsi ilə ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.

Beləliklə, mülkiyyətinizdə olan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada ev inşa edə bilərsiniz. Lakin nəzərə almalısınız ki, bu halda, ipoteka hüququ torpaq sahəsi ilə yanaşı, inşa edəcəyiniz evə də şamil olunacaqdır. Eyni zamanda, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, inşa olunmuş evə dair gələcəkdə hər hansı sərəncam (satmaq, bağışlamaq və s.) verə bilmək üçün ipoteka saxlayanın razılığı tələb ediləcəkdir.

 

Məhkəmənin qərardadı ilə minik avtomobilimin üzərinə həbs qoyulub. Qərardaddan şikayət verdim. Lakin qərardad icra edilərək maşınım cərimə meydançasına aparılıb. Bu, qanunidirmi?

 

N.Məmmədli,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə görə, iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Həmin məcəllənin 160.2-ci maddəsinə uyğun olaraq, iddianı təmin etmək haqqında qərardada əsasən icra vərəqəsi verilir. "İcra haqqında" qanunun 13.1.2-ci maddəsinə görə, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilməlidir. Adı çəkilən məcəllənin 163.3-cü maddəsində göstərilir ki, iddianın təmin edilməsi haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.

Göründüyü kimi, iddianın təmini tədbiri barədə qərardadın dərhal icraya yönəldilməsi qüvvədə olan qanunvericiliyin tələbinə uyğundur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video