05 Noyabr 2018 12:00
542
Mədəniyyət
A- A+

Bakı V Beynəlxalq Teatr Konfransı dünyanın nüfuzlu teatr xadimlərini yenidən bir araya gətirib


Konfransa 40-dan çox ölkədən 110 xarici qonaq qatılıb


Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, "XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.
Açılış mərasimi səhnədə quraşdırılan monitorda Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterialın nümayişi ilə başlayıb. Sonra "British Council Azerbaijan” təşkilatının "Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış ediblər.

Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Konfransın açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən danışıb.
Bildirib ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir. Builki konfransda 40-dan çox ölkədən 120 xarici qonaq iştirak edir. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alır.

Ə.Qarayev söyləyib ki, konfransın məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. İki gün davam edəcək konfransda dünyanın məşhur teatr, incəsənət xadimləri – rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bəzi ölkələrin teatr xadimləri ittifaqlarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərlərinin iştirakı ilə məruzələr dinləniləcək, ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq.

"Azərbaycan dövləti teatr sənətinin inkişafına böyük diqqət yetirir. Teatrımız XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Teatrlarımız dünyanın ən məşhur festivallarında uğurla çıxış edir. Ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət sahəsinə də xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, beynəlxalq yarışlar, reallaşdırılan layihələr ümumilikdə dövlətimizin daha yaxından tanınmasına xidmət edir. Bu gün təkcə Bakıda deyil, bölgələrdəki teatrlarımız da yeni inkişaf yoluna qədəm qoyub. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrı və Mingəçevir Dövlət Dram Teatrı 50 illiyini qeyd etdik. Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət abidləri, çoxsaylı tarixi abidlər dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərir. Xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq”, - deyə Ə.Qarayev söyləyib.

Builki konfransın əvvəlkilərdən fərqləndiyini diqqətə çatdıran nazir deyib ki, burada iştirak edən qonaqlar "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festivalda da iştirak edəcəklər.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov Azərbaycanda dövlətin teatrlarla sıx əlaqədə olduğunu, sənət adamlarına diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

Konfransın mədəniyyətlər arasında körpü rolu oynadığını vurğulayan Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam deyib ki, incəsənət xadimlərinin bir araya gəlməsi dünyada sülhün təminatına xidmət edən hadisədir.
UNESCO-nun Sülh Artisti Əli Mahdi çıxışı zamanı diqqətə çatdırıb ki, konfrans yeni fikir və ideyaların paylaşılmasına şərait yaradır. İnanırıq ki, konfrans ümumbəşəri hədəflərə çatmaq üçün öz səylərini əsirgəməyəcək.

Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar təşkilatın Azərbaycanla əlaqələrindən söz açıb. Birgə əməkdaşlığı yüksək dəyərləndirib.

GİTİS Universitetinin rektoru Qriqori Zaslavski və Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışıb, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğulayıblar. Bildirilib ki, XXI əsrdə teatr problemləri nəinki fəlsəfi anlamda, həm də mövcud olan problemlərin istiqamətlərini və həlli yollarını düşünməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşma imkanı verir.
Konfrans işini plenar iclaslarla davam etdirib.
Bakı V Beynəlxalq Teatr Konfransına noyabrın 6-da yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video