03 Noyabr 2018 23:31
420
DÜNYA
A- A+

Suriyada münaqişə zamanı 689 jurnalist həlak olub


Suriyada silahlı münaqişə zamanı 689 KİV nümayəndəsi, o cümlədən 8 xarici jurnalist həlak olmuşdur. Bu barədə yerli Suriya İnsan Hüquqları Şəbəkəsi məlumat vermişdir. Təkcə suriyalı hərbçilərin və Əsəd tərəfdarlarının əlindən 543 jurnalist həlak olmuşdur. Onların arasında beş əcnəbi reportyor da var. Daha 19 jurnalist Rusiya aviasiyasının bombardmanlarının qurbanı olmuşdur. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava hücumları nəticəsində bir jurnalist öldürülmüşdür. YPG terrorçuları tərəfindən 4 jurnalist, İŞİD tərəfindən isə 64, o cümlədən 3 xarici jurnalist qətlə yetirilmişdir.

Ölkədə silahlı müxalifətin hərəkətləri nəticəsində 25 jurnalist həlak olmuşdur. "Heyət Təhrir əş-Şam” qruplaşması beş reportyorun ölümünə görə məsuliyyət daşıyır. 25 jurnalist müəyyən edilməmiş qruplaşmalar tərəfindən qətlə yetirilmişdir.

Suriyada müharibə başlayandan bəri 418 jurnalist, o cümlədən 18 əcnəbi reportyor qanunsuz olaraq saxlanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video