Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:02 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AFR polisi erməni mafiyasının fəallığından ciddi narahatdır
AFR polisi erməni mafiyasının fəallığından ciddi narahatdır
ANA SƏHİFƏ / DÜNYA
23:31 03.11.2018


Qafqaz regionundan olan cinayətkarlar Almaniyada güclü şəbəkə yaratmışlar. Artıq üç ildir müstəntiqlər məxfi əməliyyat çərçivəsində erməni mafiyasının nümayəndələrini saxlamaq və həbs etməyə cəhd göstərirlər. Lakin bu, uğursuzluqla nəticələnir. Bu barədə "Der Spiegel” jurnalı xəbər verir.

"Qanuni oğrularla mübarizə” şərti adı altında əməliyyatı Federal Cinayət Polis İdarəsi (BKA) altı regional idarə (LKA) ilə birlikdə keçirmişdir. Bu, Almaniyada mütəşəkkil cinayətkarlığa həsr olunmuş ən böyük təhqiqatlardan biridir. Təhqiqatda cinayət axtarışı mütəxəssislərinə Federal Kəşfiyyat Xidməti (BND) və Avropolun əməkdaşları kömək etmişlər.

Məlumata görə, Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan almaniyalı müstəntiqlərə erməni mafiyası ilə mübarizədə köməyini təklif etmişdir. Lakin BKA bu əməkdaşlığa razılıq verməmişdir, çünki müstəntiqlər mafiya üzvlərinin Ermənistanın dövlət orqanlarının nümayəndələri ilə sıx əlaqəsini istisna etmirlər.

Xatırladaq ki, dörd ay əvvəl, iyunun 26-da İspaniya KİV-i də Avropadakı ən iri erməni mütəşəkkil cinayətkar qruplarının hüquqazidd fəaliyyətinin qarşısını almaq üçün genişmiqyaslı xüsusi əməliyyat keçirildiyini bildirmişdir. Krallığın altı regionunda 1000 polis əməkdaşının iştirakı ilə keçirilmiş 70-dən çox əməliyyat-axtarış tədbiri nəticəsində 140-dan çox cinayətkar saxlanmışdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM