03 Noyabr 2018 21:02
303
DÜNYA
A- A+

Türkiyədə son üç gündə 18 terrorçu zərərsizləşdirilib


Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda, Cudi dağının ətəklərində yerləşən mağarada 8 terrorçu məhv edilib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, bu terrorçular bölgədə həyata keçirilən "Hançer-6” antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib. Mağarada, həmçinin onlara məxsus silah, sursat və yaşayış üçün zəruri əşyalar olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 31-dən noyabrın 2-dək ölkə ərazisində həyata keçirilən əməliyyatlarda 18 terrorçu zərərsizləşdirilib. "Kemal Bagok” ləqəbli Lokman Gençin meyiti Şırnakın Güçlükonak rayonunda aşkarlanıb. Axtarışda olan bu təhlükəli terrorçu oktyabrın 4-də Mardinin Dargeçit rayonunda 8 əsgərin şəhid olduğu terror aktının təşkilatçısı və iştirakçısı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video