Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:43 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni KİV: “İlham Əliyev Ermənistanı təcrid və bütün imkanlardan məhrum edib”
Erməni KİV: “İlham Əliyev Ermənistanı təcrid və bütün imkanlardan məhrum edib”
ANA SƏHİFƏ / SİYASƏT
00:30 03.11.2018

Ermənistan mətbuatı və ekspertləri işğalçı ölkənin regional münasibətlərdə də Azərbaycan Prezidenti tərəfindən iflasa uğradıldığını açıq şəkildə bəyan edirlər


Həyata keçirdiyi işğal siyasəti bu gün Ermənistanın regional təcridinin daha da dərinləşməsi ilə müşayiət edilməkdədir. Burada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin düşdüyü təcrid vəziyyətindən xilas olmaq istiqamətində edilən cəhdlər birmənalı şəkildə baş tutmur.
Ötən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tanımadığı təqdirdə onun iflası qaçılmazdır. Çünki Ermənistanın təcriddən xilas olması yalnız Azərbaycandan asılıdır. Əldə edilən nailiyyətlərdən məharətlə istifadə edən Prezident İlham Əliyev bu gün işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi vəziyyətini ağırlaşdırır.


Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir


Region dövlətləri və beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də Ermənistanın işğal siyasətindən dünyada artan narazılığın real göstəricisidir. Belə vəziyyətdə, aydındır ki, Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Bu məqam Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşü və nəticədə qəbul edilən İstanbul Bəyannaməsi fonunda özünü bir daha qabarıq surətdə göstərdi.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç dövlətin xarici siyasət idarələrinin rəhbərlərinin altıncı üçtərəfl görüşü oktyabrın 30-da İstanbulda keçirilib.
Nazirlər xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı bəyannaməsinə sadiq olduqlarını vurğulayıblar. Regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradə olduğu bir daha təsdiqlənib. Müxtəlif səviyyə və platformalarda, beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsi üçün razılıq əldə olunub.
Nazirlər beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklərini vurğulayıblar. Bu xüsusda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bir daha qeyd ediblər. Eyni zamanda, sözügedən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyəti də xüsusi olaraq diqqətə çatdırılıb.
Göründüyü kimi, burada region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur. Aydındır ki, bütün bunlar region dövlətlərinin və bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin bariz nümunəsidir.


"Yerevan heç bir regional inteqrasiya layihəsində təmsil olunmayıb”


İran üzrə erməni ekspert Aaron Vardanyan da bildirir ki, Ermənistan kimi heç bir şeyin dəyişmədiyini düşünərək boş-boş oturmaq olmaz. Onun sözlərinə görə, regionda vəziyyət dəyişir: "Bu isə ildən-ilə deyil, artıq hər saniyə baş verir, odur ki, hazır olmaq lazımdır. Türkiyə hər dəfə bildirir ki, Qarabağ münaqişəsi Azərbaycanın xeyirinə həll edilməlidir. İstanbul görüşündə isə İranın ərazi bütövlüyü prinsipini qeyd etməsi aydın məsələdir. Bu fakt qarşısında Ermənistanda bir sıra suallar səsləndirilməsi təbiidir. Ermənistan-İran münasibətlərində həqiqətən, böhran varmı? Narahat olmaq üçün əsas varmı? İki ölkə arasında münasibətlər hansı səviyyədədir? Hələ yayın əvvəllərində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nikol Paşinyanın Tehrana səfərinə hazırlıqlar aparıldığını açıqlamışdı. Səfər hələ də baş tutmayıb, bunun əvəzində isə iki ölkənin liderləri BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Bu isə xüsusən iki qonşu, dost ölkə barədə danışarkən effektli müzakirələrin aparılması üçün bir o qədər də uyğun şərait sayılmır”.
Erməni politoloq Sarkis Artsruninin fikrincə, Ermənistanda ciddi problemlər var, belə ki, Azərbaycandan fərqli olaraq Yerevan heç bir regional inteqrasiya layihəsində təmsil olunmayıb: "Hökumət qurulduqdan sonra ilk 6 ayda İran-Ermənistan münasibətlərində aktivləşmənin müşahidə olunmamasını nəzərə alsaq, Paşinyanın Sünik vilayətinə yeni qubernator təyin etməsini narkobizneslə mübarizə ilə əlaqələndirərək məhz İranla sərhədə işarə vurması, Tehranda yeni erməni hökumətinin siyasəti ilə bağlı müəyyən narahatlıqlar yarada bilər və Yerevana siyasi ismarıclar göndərmək məcburiyyətində qalar”.


"Ermənistanda antirusiya tendensiyası getdikcə güclənir”


Region ölkələrindən Rusiya da Ermənistanın siyasətindən açıq narazılıq edir. Elə rusiyalı ekspert Qriqori Triomfçuk da vurğulayır ki, Ermənistandakı antirusiya tendensiyasının getdikcə güclənməsi vəziyyətə birbaşa təsir edir. Onun sözlərinə görə, aprel ayından başlayaraq, çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda, qrant və sair vasitə pul almaqda ittiham edirlər: "Aydındır ki, erməni fəallar bunun üçün hamının başa düşə biləcəyi sadə əsaslara istinad edirlər: Sarkisyan dövrünün məmurları birbaşa Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirilir və bu təşkilatın Ermənistanı qoruyacağına şübhə ilə yanaşırlar”. Ekspertin fikrincə, bu şəraitdə Rusiyanın Yerevana əvvəlki münasibət bəsləməsi mümkünsüz hala gəlir.


"Yerevan üçün problemli günlər başlayır”


Ermənistanın "lragir.am” portalı yazır ki, İlham Əliyev Ermənistanı təcrid və bütün imkanlardan məhrum edib. Eyni zamanda, vurğulanır ki, Yerevan Rusiya siyasətini Qərbdən aldığı dəstəklə yenidən gözdən keçirir: "ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri, mahiyyətcə ABŞ-ın Cənubi Qafqazı özünün strateji maraq və təsir zonası elan etməsindən, beləliklə, regiondakı əsrlik rus-türk "status-kvo”sunu və Rusiyanın ənənəvi rolunu mübahisələndirməsindən ibarət olan kəskin bəyanatlarla əlamətdar oldu. O da nəzərə alınmalıdır ki, Bolton səs-küylü bəyanatlarının əksəriyyətini məhz Yerevanda verib. Digər tərəfdən, əgər ABŞ Rusiyanın regiondakı rolunu və yüzillik rus-türk "status-kvo”sunu mübahisələndirirsə, o halda məhz Ermənistan həlledici əhəmiyyət qazanır. Çünki burada Rusiyanın təsir imkanlarının zəiflədilməsi regionda Moskvanın mövqeyinə birbaşa təsir edir. Nikol Paşinyan iqtidarı bu xüsusda ABŞ-ın işinə yarayır. Amma bundan sonra Rusiyanın atacağı addımlar və xüsusən Dağlıq Qarabağ məsələsində tutacağı mövqe yəqin ki, Yerevan üçün çox problemli olacaq. Bir sözlə, Yerevan üçün çox problemli günlər başlayır”.
Beləliklə, aydın görünür ki, Ermənistan yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Nəticə etibarilə, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb. O da aydındır ki, Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, ölkənin iflası və özünü təcridi daha da dərinləşəcək.
Bunu Ermənistan rəhbərliyinin tez anlaması yalnız onların özlərinin xeyirinə ola bilər. Əks təqdirdə, işğalçı ölkənin çöküşü sürətlə davam edəcək.

Elçin CƏFƏROV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM