Alternative content

07:56 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
ANA SƏHİFƏ / Milli Məclis
00:26 03.11.2018


Azərbaycan Respublikası Milli Məclisinin Qərarı


Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Mübariz Rahil oğlu Hüseynov - Ağstafa Rayon Məhkəməsinin hakimi

Vəzirxan İsgəndər oğlu Məlikov - Yevlax Rayon Məhkəməsinin hakimi

2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Akif Məhərləm oğlu Eyvazov,

Ayaz Akif oğlu Mahmudov.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 2 noyabr 2018-ci il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM