Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:16 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa çempionatında kempoçularımız ölkəmizi uğurla təmsil etdilər
Avropa çempionatında kempoçularımız ölkəmizi uğurla təmsil etdilər
ANA SƏHİFƏ / İDMAN
00:16 03.11.2018


Qaliblər sırasında "AZƏRBAYCAN”ın əməkdaşı da var


Dünyanın ən qədim döyüş növlərindən biri də kempodur. Əslində kempo ənənələri yaşadan, mənəvi və fiziki mədəniyyəti öyrənən və öyrədən bir elmdir. Özündə bir çox döyüş növlərini cəmləşdirir.

Yaranması eramızdan əvvəl VI əsrə təsadüf edən kempo müasir dövrdə bir neçə istiqamət üzrə inkişaf edir. Buraya idman xarakterli, məsələn, boks, güləş, kikboksinq, cüdo və s. növlər, müxtəlif özünümüdafiə sistemləri, habelə ənənəvi döyüş növləri daxildir.

Ölkəmizdə kempo "Toğrul” idman klubunun adı ilə bağlıdır. 2010-cu ildə beynəlxalq federasiya Azərbaycanda səlahiyyətli nümayəndəsini təyin etmişdir. Bu, klubun prezidenti, üçqat dünya çempionu, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Rauf İbrahimovdur.

Digər idman növləri ilə yanaşı, kempo da ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Məhz bunun nəticəsində idmançılar beynəlxalq miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər.

Bu günlər Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş növbəti XII Avropa çempionatı buna bir daha sübutdur. 21 ölkədən 600-ə yaxın idmançının qatıldığı həmin mötəbər yarışlarda ölkəmiz 8 idmançı ilə təmsil olunmuş və onlardan 5-i vətənə medalla qayıtmışdır.

Çempionatın ilk günü kempo submişn gi yarışlarında Fərid Əhmədov 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşdür. Həmin versiya üzrə Aqil Cəfərzadə (95 kq) ancaq finalda məğlub olaraq gümüş medala sahib çıxmışdır. Daha bir uğuru isə "Azərbaycan” qəzetinin əməkdaşı Şakir Alıyev (86 kq) əldə etmişdir. O, Avropa çempionatının bürünc medalını qazanmışdır.

Yarışların növbəti günü kempo semi növündə Cəmşid Rüstəmov (95 kq) bütün döyüşlərini udaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Nokdaun versiyası üzrə isə 80 kq çəki dərəcəsində mübarizə aparmış Rüstəm Müslümov həlledici görüşdə uduzaraq ikinci yerlə kifayətlənmişdir.

Qeyd edək ki, bu Avropa çempionatı Beynəlxalq Kempo Federasiyasının Azərbaycandakı səlahiyyətli nümayəndəsi Rauf İbrahimov üçün də əlamətdar olmuşdur. Belə ki, o, kempo üzrə 5-ci dan kəmər ustası adına layiq görülmüşdür.

Rizvan CƏFƏROV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM