02 Noyabr 2018 19:04
383
DÜNYA
A- A+

Ərəb koalisiyası Yəməni bombaladı


Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanının yaxınlığında yerləşən aviasiya bazasına 30-dan çox zərbə endirmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

Koalisiyanın rəsmi nümayəndəsi Turki Malikinin dediyinə görə, Səna hava limanının ərazisindən və Dəlmi hərbi hava bazasından atılan ballistik raketləri və buraxılan pilotsuz təyyarələri məhv etmək üçün hərbi əməliyyat keçirilmişdir. Bütün hədəflərin vurulduğu bildirilir. Dağntılar və mümkün tələfat barədə məlumat verilmir.

Bombardman zamanı hava limanındakı təyyarələrə ziyan dəyməmişdir. BMT-nin və humanitar təşkilatların təyyarələri təqvim üzrə uçuşlarını davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video