02 Noyabr 2018 19:03
378
DÜNYA
A- A+

Son on ildə 2 milyard nəfər təbii fəlakətlərdən zərər çəkib


Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Assosiasiyaları Federasiyasının (IRFC) hesabatına əsasən, son on ildə dünyada baş vermiş təbii fəlakətlər nəticəsində 2 milyard nəfərdən çox adam zərər çəkmişdir.

Dünya əhalisinin 95 faizi təbii kataklizmlərin mənfi fəsadları ilə üzləşir. 2008-2017-ci illərdə təbii fəlakətlər ucbatından 700 min nəfərdən çox adam həlak olmuşdur. Ölənlərin yarısı zəlzələ qurbanlarıdır.

Hesabatda deyilir ki, son on ildə dünyada 3751 təbii fəlakət, o cümlədən daşqınlar, qasırğalar və yanğınlar baş vermişdir. Bu faciəvi hadisələrdən dəyən ziyan təqribən 2 trilyon dollar təşkil etmişdir. Daşqınlardan və sellərdən 730 milyon nəfərə yaxın adam zərər çəkmişdir. Məhz bu hadisələr Yer üzündə baş vermiş bütün təbii fəlakətlərin yarısını təşkil edir. Digər yarısı isə qasırğalar, quraqlıq, torpaq sürüşmələri, yanğınlar, zəlzələlər və vulkan püskürmələrinə aiddir.

Hesabatda qeyd olunan müddətdə dünyada anomal istidən 87 milyon nəfərə yaxın adam zərər çəkmişdir. Təbii fəlakətlərdən ən çox Asiya ölkələri əziyyət çəkir. Ən böyük ziyan isə Amerika və Asiya ölkələrinə dəymişdir.

2018-ci ildə humanitar yardıma ehtiyacı olan adamların sayı 134 milyon nəfərə çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video